144
– Mən gedirəm. Deyin görüm ki, sizin üçün nə gətirim?
Evdəkilərin hərəsi bir şey istədiklərini dedilər. Tacir hamı
ilə görüşüb yola
çıxmaq istəyirdi. Bu vaxt qəfəsdə oturan tutuquşu – ağası onu həmişə əlinin
üstündə oturdub yedirər və içirdərdi – taciri öz yanına çağırıb dedi:
– Mənim də səndən bir xahişim var!
– Nə xahişin var? – deyə tacir soruşdu. –
Əgər mümkündürsə, onu yerinə
yetirməyə çalışaram.
Tutuquşu dedi:
– Sənin ticarətə gedəcəyin ölkədə bir ağac vardır. Bu ağacda çoxlu tutuquşu
yaşayır. Əgər sən bu ağacı
gedib tapsan, onda tutuquşulara məndən salam
söylərsən. Nə cavab versələr gəlib desən, məni çox xoşhal edərsən!
Tutuquşu tacirə ağacı necə gedib tapacağını öyrətdi.
Tacir gülüb dedi:
– Yaxşı! Sənin xahişini yerinə yetirərəm.
Uzun və çətin səyahətdən sonra tacir gedib həmin uzaq ölkəyə çatdı, mal-
larını satıb, cürbəcür qəşəng şeylər aldı. İşlərini qurtarandan
sonra tutuquşunun
ona dediyi yerə getdi. Gördü ki, burada doğrudan da yekə bir ağac vardır. Bu
ağacda çoxlu tutuquşu oturub. Tacir qışqırdı:
– Ey, tutuquşular! Mənim tutuquşum sizin üçün salam göndərir!
O bu sözü deyib qurtarar-qurtarmaz tutuquşulardan birisi o saat yerə yıxılıb
öldü. Tacir lap məəttəl qaldı. “Yəqin ki, bu vəhşi tutuquşu
mənim tutuquşumun
yaxın dostu olubmuş ki, onun salam göndərdiyini eşidən kimi yıxılıb öldü”, –
deyə tacir özlüyündə düşündü.
Tacir al-əlvan quşlara bir də baxıb şəhərə qayıtdı və yola çıxmağa hazır-
laşdı.
Tacir sağ-salamat evinə qayıdıb evdəkilərin hamısı üçün də baxşışlarını
gətirdi. Ancaq o öz tutuquşusuna onun salamına cavab gətirmədi, vəhşi tutuquşu-
nun ölüm xəbərilə tutuquşusunun qanını qaraltmaq istəməyərək,
ona heç bir söz
demədi.
Onda tutuquşu ondan soruşdu:
– Ağa, yəqin ki, sən mənim salamımı onlara yetirməmisən?
– Sənin salamını tutuquşulara yetirdim, ancaq heç bir cavab almadım, –
deyə tacir ona cavab verdi.
Tutuquşu çox pərt oldu, soruşdu:
– Onda de görüm, sən orada nə gördün?
Əlacsız qalan tacir, əhvalatı danışmağa başladı:
– Mən sənin
dediyin həmin yerə getdim, tutuquşuları gördüm. Mən sənin
salamını onlara deyən kimi onlardan biri o saat ağacdan yıxılıb öldü. Ona görə də
mənim sənə deməyə bir sözüm olmadı!
Tacir bunu danışıb qurtaran kimi tutuquşu səndələyib tardan yıxıldı və
qəfəsin içinə ölü düşüb qaldı.Tacirin tutuquşuya çox heyfi gəldi və öz-özünə belə
dedi:
“Mən nahaq yerə ona dostunun ölümünü xəbər verdim!” Sonra o, tutuquşu-
145
nun ayağından yapışıb pəncərədən atdı.
Birdən tutuquşu silkindi, qanad çalıb
uçdu.
Tacir ancaq indi başa düşdü ki, ağacdan yıxılan tutuquşu,
özünü ölülüyə
vurubmuş ki, qəfəsdəki tutuquşuya azadlığa çıxmağı öyrədə bilsin.
Dostları ilə paylaş: