143
qaçaqların dalınca at saldı.
III
Qaçaqlar səhər tezdən, hələ dan yeri sökülməmiş saraydan çıxıb, bütün günü
çaparaq getmişdilər. Axşama yaxın sərhədə çatmışdılar. Onlar şax budaqlı qoca-
man bir çinarın dibində doyunca yeyib, al şərabdan işmiş, yatıb xumarlanırdılar.
Qoca xan yalnız bu gün səhər əl-qolu bağlandıqda, sarayın talandığını gör-
dükdə, işin nə yerdə olduğunu başa düşmüşdü…
Xanı ağaca sarımışdılar. O, arxasını qocaman çinarın sağlam gövdəsinə dirə-
yib, gözlərini bir nöqtəyə zilləmişdi. İgid oğlunun nakam taleyini, vəfalı arva-
dının qara bəxtini düşünürdü…
Birdən xana elə gəldi ki, qarşıdakı təpədə qaralan kollar və ağaclar arasında
oğlu Buğac öz köhləninin belində bir anda görünüb yox oldu. O, gözlərini
ovuşdurmaq istəyəndə möhkəm çəkilmiş keçiqılı biləklərini zəncir kimi kəsdi.
Başı köksünə əyildi.
Bir az onar xan at ayaqlarının tappıltısını eşidən kimi oldu. Başını qaldırdı.
Yox, yox, bu, yuxu deyildi. Oğlu Buğac, başında qırx igid, at belində, düz onlara
sarı gəlirdi…
Xan sevindiyindən var səsi ilə çığırdı:
– Buğa-a-ac!
Xanın bu çığırtısına ayılan qaçaqlar qorxudan donub qaldılar. Buğac qırx
igid ilə onların başının üstünü alıb, tərpənməyə qoymadı.
Buğacla bərabər iki igid yoldaşı cəld atdan sıçrayib, çinara sarı yüyürdülər,
xanın əl-qolunu açdılar, ata ilə oğul bir-birinə sarıldılar.
İki igid yasavulbaşını tutub, sürüyə-sürüyə apardı və sicimlə çinarın gövdə-
sinə sarıdı. Buğac atasının əlindən tutub, bir necə addım kənara çəkildi və çinarın
yaxınlığında cərgə vurub, yarımdairə şəklində hazır durmuş igid yoldaşlarına əl
ilə bir işarə elədi.
Qırx ox birdən qıjıldayıb, xain yasavulbaşını çinarın kötüyünə mismarladı…
Buğac üzünü qalan xainlərə tutub dedi:
– Sizə ölüm azdır. Siz yurdsuz-yuvasız didərginlər kimi yaşamalı, bizim
xoşbəxtliyimizi, yurdumuzun, elimizin cah-cəlalını görüb, gündə yüz dəfə ölmə-
lisiniz…
– Gedin, bizim ana yurdumuzdan rədd olub gedin. Gedin!
(M.Rzaquluzadə)
Dostları ilə paylaş: