Bilal Həsənli Nazilə Abdullazadə


Əsərdə təsvir olunanlara münasibət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Əsərdə təsvir olunanlara münasibət. 
Bədii əsərdə təsvir olu-
nanların təxəyyüldə canlandırılması nəticəsində ifaçıda müəyyən, 
hislər, düşüncələr, oxuduqlarına emosional münasibət yaranır. Oxu-
cunun dünyagörüşü, xarakteri, mənəvi mövqeyi, həyat təcrübəsi də 
əsərdə təsvir olunan hadisələrə münasibətin müəyyənləşməsinə öz 
təsirini göstərir.
Fərdi münasibət öz əksini ifa zamanı fərqli intonasiya çalarla-
rında tapır. Odur ki, əsərin ifadəli oxusu zamanı bədii oxu ustasının 
ifasının təqlidi, yamsılanması yolverilməzdir. Çünki başqasının 
ifasını yamsılamaq onun əsərə münasibətini ifadə etmək deməkdir. 


121 
Şəxsi hislərdən, ovqatdan məhrum olan ifa dinləyiciyə təsir göstər-
məyəcək, onun qəlbində, düşüncəsində əks-səda yaratmayacaqdır.
♦ Bədii əsərdən verilmiş parçaları diqqətlə oxuyun. Müəllifin təsvir 
etdiyi hissəni gözünüz önündə canlandırmağa çalışın. Mətndəki təsvirləri, 
bədii detalları nəzərdən qaçırmamaqla öz sözlərinizlə nağıl etməyə çalışın.
Meşədə boğuq bir güllə səsi eşidildi. Saһil boyunda ağacların xırdaca 
budaqları titrəşirdi. Saralıb solmuş yarpaqlar bir müddət һavada qanad çalaraq, 
yerə səpələnirdi. Bu anda elə bil ağaclar arasında saysız-һesabsız kəpənəklər 
uçuşurdu. Sonra һər tərəfə qərib, əsrarəngsiz bir sükut çökdü.
Meşəni gümüş xəncər kimi iki yerə bölmüş Kür çayı sakit-sakit axırdı. 
Arabir xəfif külək əsir, xəzan yarpaqlarını xışıldadırdı. Ətrafın dərin sükutunu 
pozan bu xışıltı birdən qüvvətləndi və çox keçmədi ki, güllə səsi gələn tərəfdən 
bir maral çıxıb özünü saһilə verdi. Hündür palıd ağaclarının arxasında yavaş-
yavaş gizlənən axşam günəşi də sarımtıl bir rəngə çalırdı.
Maral saһilə endiyi zaman artıq Kür suları da sapsarı olmuşdu. Maral 
yüyürdükcə, tez-tez büdrəyir, şax-budaqlı buynuzları ağaclara toxunurdu. Yenə 
də xəzəllər uçuşaraq, yerə qonurdu. Maralın keçib gəldiyi yerdə sarı yarpaqlar 
üzərinə qan damlaları çilənirdi. Bu qan, maralın döşündən axırdı. Birdən maral 
buynuzlarını bir az da yüksəyə qaldıraraq, ürkək nəzərlərlə ətrafına boylandı. 
Onun yaşla dolmuş iri qumral gözlərində bütün ümidləri puça çıxmış yazıq bir 
insan baxışının qəmgin ifadəsi vardı. Onun göz yaşları da günün ziyasını əks edib 
sarıya çaldı 
(M.Hüseyn).
Payızın oğlan çağı idi, üzü qışa gedirdi. Ağacları sarı, qırmızı şamlar yanan 
qəndillərə döndərmiş meyvələr yığılmışdı. Bəhərli ağacların yarpaqları tamam 
tökülmüşdü, o biri ağaclara da xəzan əl gəzdirmişdi. Solan yarpaqlar ağacları 
sarı-qırmızı alov dilləri kimi yalamağa başlamışdı. Yun yorğan-döşək camaxatan-
lardan endirilmişdi. Güvə dəyməsin deyə içinə tütün, yovşan yığılıb yazmacalı 
torbalara tikilmiş qış paltarları çıxarılıb havaya verilmişdi. Otaqlarda varlı-varına 
görə kürsü qurulmuş, manqal, kürə sanılıb kəndilərə yığılmışdı. Bir neçə qoyun-
dana kəsilib qovrulmuş, küplərə yığılmış, üstünə yağ dağ edilib gəzdirilmişdi. 
Yarma çəkilmiş, əriştə kəsilmiş, qurut qurudulmuş, düyüdən, lobya-noxuddan nə 
varsa arıdılmışdı. Küçə bazarda gediş-gəliş azalmışdı. Uşaq-muşaq ayağı bağ-
bağçadan yığılmış, quşların da səsi kəsilmişdi.
Amma gözlənilməz olmasa da şəhərə hücum sorağı əhali arasında böyük bir 
həyəcana səbəb oldu. Bir neçə ildən bəri qulağı qırğınlardan dincəlmişlər keçmiş 
müharibələri xatırladılar. Tələm-tələsik xırda uşaqlarını, göyçək qız və oğlanlarını 
uzaq kənd qohumlarının yanına göndərməyə başladılar 
(Ə.Cəfərzadə). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin