Bilal Həsənli Nazilə Abdullazadə


♦ Şeiri intonasiya çalarlarını müəyyənləşdirməklə ifadəli oxuyun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
♦ Şeiri intonasiya çalarlarını müəyyənləşdirməklə ifadəli oxuyun. 
 
Olan olub, keçən keçib bəlkə də, 
İndi daha kövrəlməyin yeri yox. 
Ömrüm boyu belə gəlib mənimki 
Əvvəlindən biri vardı, biri yox. 
Uzaqdaydı mən istəyən ocaqlar, 
Ürəyimdən gəlib keçdi sazaqlar. 
Atalıydı, analıydı uşaqlar, 
Bizim evdə biri vardı, biri yox. 
Gözlərimə doldurmuşam yağışı, 
Bir köynəkdə çıxarmışam mən qışı. 
Şalvar-pencək geyinirdi tay-tuşum, 
Məndə isə biri vardı, biri yox. 
Üzüm güldü tələbəyəm deyəndə, 
Sıxılırdım dost pencəyi geyəndə, 
Müəllimlə dil tapa bilməyəndə 
Qiymətimin biri vardı, biri yox. 
Qəlbim yandı ilk sevgimdən, eşqimdən, 
Dara düşdüm, əl ummadım heç kimdən. 
Məclislərdə can deyib, can eşidən 
Dostlarımın biri vardı, biri yox. 
...Vaxt gələcək, bu günü görəcəksən, 
Çox suala gözünü döyəcəksən. 
Vaxt gələcək sən özün deyəcəksən, 
Deyəcəksən: «biri vardı, biri yox.”
N.Kəsəmənli 
 
♦ Oxuyun, mətni hissələrə ayırın, intonasiya çalarlarını müəyyən-
ləşdirin. 
Mərmər meydanın dərinliyində fəvvarəli hovuzlarla, sərv ağacları, yasəmən 
və qızılgül kolları ilə dövrələnmiş sərin bir guşə, bu guşədən o yanda daş barı və 
dəmir qapı arxasında isə ikinci meydan vardı. Orada yoğun daş dirəkləri və 
ümumi ağırlığı, zəhmi ilə sarayın bütün tikililərindən fərqlənən divanxana bina-
sının gecələr səhərə qədər yanan məşəllərin hisindən zolaq-zolaq ləkələnmiş sal 
qayatək qalın divarları bozarırdı. Bu divarların içərisi bir zaman Kəsranilərin 
dədə-babalarının qızıl-gümüşlü qılınc və qalxanları, kaman və tirələri, kəmənd, 
gürz və toppuzları, maral buynuzları, tovuz lələyi, durna teli və sair uzaq səfər və 


120 
şikar xatirələri ilə bəzənərmiş.
Yuxarı başda, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında, 
hündür gümüş təxtdə Kəsrani şahları oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm 
basanda: «Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq» - deyib 
haman pərdəni qoparıb camaatın ayağının altına atmış, qızıl dirəkləri əridib dinar 
kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində buraya adi taxtadan, bə-
zək-düzəksiz bir təxt qoymağı buyurmuşdu. 
İndi divanxanada, Əmir Teymurun gümüş ayparalı yaşıl bayrağı altında, 
haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl 
və qələm-davatdan, bir də ki, təxtdən kandara qədər döşənmiş xalı-xalça və 
döşəkçələrdən başqa heç nə yoxdu.
İbrahim, candarlarının müşayiəti ilə gəlib təxtdə oturanda, ilkindi nama-
zından sonra vaxtını adətən ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu 
gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar, tavandan nazik zəncirlərlə 
asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb, təxtin dövrəsindəki qəndil və 
şamdanlarda şamları yandırmağa tələsirdilər (
İ.Hüseynov). 
♦ 
1. Fətəli sübh çağı evdən çıxdı ki, bazarlıq etsin, Şeytanbazara doğru 
addımladı, fikirli-fikirli, qəmgin-qəmgin. Kürün suyu da bulanıq idi, könlünü 
açmırdı, göy də tutqun. (amma açılacaq)., zəmanə ildən-ilə xarablaşır, vəziyyət 
ağırlaşırdı.
Xeyli vaxtdır ki, dağlılara qarşı mübarizə gedir, sonu görünmür bu get-gedə 
qızışan davanın və hər yaz, hər payız – vəba təhlükəsi, vəba qorxusu, qiymətlər 
artır, çörək tapılmır, pul qazanmaq çətin, evdə də ki, matəm – qızını bir həftədir 
dəfn ediblər, qəbiristanlıqda qəbirlərin sayı artır, üçüncü uşağını torpağa tap-
şırdılar. 
Kürün suyu elə bil axmır, dayanıb elə bil… Budur, şəhərdəki qədim Şey-
tanbazar, onun darısqal, əyri-üyrü yolları, qulağında müxtəlif səslər, sözlər: türk, 
erməni, gürcü, rus sözləri… İranlı da az deyil, ərəblərə də rast gəlmək müm-
kündür 
(G.Hüseynoğlu). 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin