247
əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə
verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın
malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol
qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır. Ağcabədi bazarında üç gündə
hamısın satarsan! Üç gün, indi üç ay oluğdur. Üç ay deyil ki, bu mal üç ilə də
satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd
məni şəksiz öldürəcək.
Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.
Dostları ilə paylaş: