Bilal Həsənli Nazilə Abdullazadə


Xudaverdi. Salam-əleyk! Hacı, atanızın ismi-şərifi nədir?  Hacı Qara



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə136/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Xudaverdi.
Salam-əleyk! Hacı, atanızın ismi-şərifi nədir? 
Hacı Qara.
Əleykəssəlam! Naşurun topu neçiyədir? 
Xudaverdi. Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir? 
Hacı Qara.
Nəyinə lazımdır, əzizim? 
Xudaverdi.
Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam
istəyirəm atanızın adına tapşıram. 
Hacı Qara.
Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardan sizin 
xəyali-şərəfinizə düşdü? 
Xudaverdi.
Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından 
keçəndə bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün bir cümə 
surəsi mənim atama oxusun, gəlsin birabbası verim? 
Hacı Qara.
Mən? Necə? Nə danışırsan, dəli olubsan? 
Xudaverdi.
Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum 
da mənə xəbər veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda 
dəli olam. 
Hacı Qara.
Kişi, özbaşına sənə nə lazım olmuşdu, mənim atama quran 
oxuyursan? 
Xudaverdi.
Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam. 
Hacı Qara.
Mən heç vaxt belə sözü demənəm! Bu heç olan iş deyil! Mən 
həmişə özüm atama quran oxuram. Pul ilə mən ömrümdə quran oxutduğum 
yoxdur! 
Xudaverdi.
Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş 
olsan da, bir abbası şəfəqqət elə gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi. 
Hacı Qara.
Əzizim oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola, get, axtar, 
tap, abbasını al. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını 
hardan alıram, sənə verim? Allahı sevirsən, dukanın qabağın kəsmə, müştəri gəlir. 
Xudaverdi gedir. Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər. 
Əsgər bəy. 
Səlam-əleyküm, hacı!
Hacı Qara.
(başın yuxarı götürüb). Vəəleyküməssəlam!.. Hacı belə sizin 
qadanızı alsın! Buyurun içəri, əyləşin! 
(Bəylər dükana girib otururlar).
Xoş 
gəldiniz, ağrınızı alım, səfa gətirdiniz. Bu dükan sizə peşkəşdir! Çubuqmu 
çəkirsiniz, qəlyanmı istirsiniz? 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin