249
Əsgər bəy.
Dəxi nə deyək? Sən ki, qulaq asmadın, bizi aşkara qovdun.
Hacı Qara.
A kişi, nə vaxt mən sizi qovdum? Oturun aşağı, allahı sevir-
siniz, cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcək-
siniz, yoxsa yüz tümən zərərə düşsəydim də, sizə get deməzdim. Məndən bir
kimsənə güldən ağır söz eşitdiyi yoxdur!
Əsgər bəy.
İndi ki, belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir.
Hamı təzədən otururlar.
Hacı Qara.
Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan
yetişəcək? Bu xeyri yetirən kimdir?
Dostları ilə paylaş: