Şəkil 10. Üç fazalı qısa qapanmış asinxron mühərrikinin reversiv maqnit işəburaxıcısı ilə qoşulma sxemi.
I, II və III qabaritli işəburaxıcılarda artıq yüklənmədən mühafizə TPH tipli istilik releləri ilə, IV, V və VI qabaritli işəburaxıcılarda isə ТРП tipli istilik releləri ilə həyata keçirirlər. İstilik relelərinin nominal cərəyan (A) şkalası: 0,32; 0,4; 0,5; 0,63; 0,8; 1; 1,25; 1,6; 2; 2,5; 3,2; 4; 5; 6,8; 8; 10; 12,5; 16; 20; 25; 30; 40; 50; 60; 80; 100; 120; 150.
Maqnit işəburaxıcılarının növlərinin şərti işarəsindəki seriyasını göstərən hərflərdən sonrakı rəqəmlər aşağıdakı kimi oxunur: hərfdən sonrakı 1-ci rəqəm - qabarit ; ikinci –ətraf mühitdən mühafizə növü (1 – açıq; 2 – mühafizə olunmuş; 3 – tozdan, nəmlikdən mühafizə olunmuş ), üçüncü - elektrik yerinə yetirilmə (1 – istilik relesiz qeyri reversiv buraxıcı, 2 – həmçinin istilik releli, 3 – istilik relesiz revrsiv buraxıcı, 4 – həmçinin istilik relesi ilə). Məsələn: ПМЕ-231: ПМЕ seriyalı maqnit işə buraxıcısı, ikinci qabaritli, tozdan-nəmlikdən mühafizə olunmuş, qeyri- reversiv, istilik relesiz.
Dostları ilə paylaş: |