3// Üçfazlı asinxron mühərriklərinin şəbəkəyə qoşulma sxemləri
Elektrik maşınlarının dolaqlarının çıxışları ümumi qəbul olunmuş müəyyən tərzdə nişanlanır (markalanır). Belə ki, üçfazlı asinxron mühərriklərdə şərti “başlanğıclar” C1, C2, C3 kimi, onlara uyğun “sonluqlar” isə C4, C5, C6 kimi işarələnir. Kiçik maşınların dolaqlarının çıxışları boya ilə nişanlanır: birinci faza – sarı, ikinci faza – yaşıl, üçüncü faza – qırmızı rənglə rənglənir. Dolaqların sonluqları isə, bundan başqa əsas rəngin üstundən qara rəng vurulmaqla işarələnir.
Üçfazlı elektrik mühərriklərinin dolaqlarını “ulduz” və “üçbucaq” adlandırılan iki sxem üzrə birləşdirirlər. Mühərrikin dolaqlarının birləşmə sxemini seçmək üçün cədvəl 3 – dən istifadə olunur. Mühərrikin dolaqlarının birləşmə sxeminin düzgün seçilməməsi onun sıradan çıxmasına səbəb ola bilər.
Cədvəl 3
Dostları ilə paylaş: |