Bilet 1 Elektrik dövrələrinin elementləri


Şəbəkədəki (xətti) gərginlik, V



Yüklə 0,68 Mb.
səhifə22/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   18   19   20   21   22   23   24   25   ...   106
elekson

Şəbəkədəki (xətti) gərginlik, V

Mühərrikin dolaqlarındakı gərginlikdən asılı olaraq onların birləşmə sxemi, V

127/220

220/380

380/660

127

Üçbucaq

-

-

220

Ulduz

Üçbucaq

-

380

-

Ulduz

Üçbucaq

660

-

-

Ulduz

a b c


Şək. 2. Elektrik mühərrikinin dolaqlarının qoşulma sxemləri:

aulduz birləşmə; büçbucaq birləşmə; c - ulduz və üçbucaq birləşmələrin sıxaclar lövhəsində yerinə yetirilməsi.

Adətən, elektrik mühərriklərinin pasportunda iki gərginlik göstərilir. Məsələn: 127/220, 220/380 və ya 380/660 V. Əgər şəbəkədəki gərginlik elektrik mühərrikinin pasportunda göstərilmiş böyük gərginliklə uyğundursa (üst-üstə düşürsə, eynidirsə) onda dolaqlar “ulduz” sxemi ilə birləşdirilir (şək. 2, a). Bunun üçün hər üç başlanğıc (sonluq) ümumi bir nöqtədə birləşdirilir, qalan sonluqlar (başlanğıclar) isə şəbəkənin üç fazasına qoşulur.

Əgər, şəbəkədəki gərginlik pasportda göstərilmiş aşağı (kiçik) gərginliklə eynidirsə “üçbucaq” birləşməsindən istifadə edilir. Bu zaman birinci faz dolağının sonluğu ikinci faz dolağının başlanğıcına, ikincinin sonluğu – üçüncünün başlanğıcına, üçüncünün sonluğu – birincinin başlanğıcına birləşdirilir və ümumi nöqtələr şəbəkə fazlarına qoşulur (şək. 2, b).

Əgər “üçbucaq” birləşməsi əvəzinə dolaqlar “ulduz” sxemi üzrə birləşdirilərsə, elektrik mühərriki nominal gücün yalnız üçdən bir hissəsini verə bilər.

Əgər, verilmiş şəbəkə gərginliyində elektrik mühərriki “ulduz” birləşməsi ilə qoşulmalıdırsa, onda onu “üçbucaq” sxemi üzrə qoşmaq olmaz. Çünki, bu zaman qızma nəticəsində dolaqların izolyasiyası zədələnər və mühərrik sıradan çıxar.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin