Bilet 1 Elektrik dövrələrinin elementləri



Yüklə 0,68 Mb.
səhifə25/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   21   22   23   24   25   26   27   28   ...   106
elekson

2// Közərmə lampaları

Közərmə lampalarını insan fəaliyyətinin bütün sahələrində istifadə edirlər. Buna səbəb onlara qulluq və istismarın sadəliyi, eləcə də nisbətən kiçik dəyəridir.

Elektrik közərmə lampasının əsas hissəsi – közərmə teli, dairəvi en kəsikli volfram simdən hazırlanır.

Közərmə lampalarının markaları aşağıdakı kimidir:



HB – normal (ümumi təyinatlı) vakuum;

НГ – normal (ümumi təyinatlı) qazla doldurulmuş;

– normal (ümumi təyinatlı) bispirallı;

НБК – normal (ümumi təyinatlı) bispirallı, kripton qazı ilə doldurulmuş.

Havadakı oksigenin oksidləşdirici təsirindən mühafizə etmək üçün, közərmə teli şüşə kolbaya yerləşdirilib, tutqaclarla bərkidilir.

Közərmə telinin qamaşdırıcı parlaqlığını azaltmaq üçün şəffaf kolbalardan başqa tutqunlaşdırılmış, opal və “süd rəngli” şüşə istifadə edilir. Belə kolbalarda işıq selinin 20%-ə qədəri itir. Bəzi tipli lampalarda kolbanın daxili divarlarında güzgülü və yaxud diffuziya tozlanması şəkilində hazırlanmış əksetdirici nəzərdə tutulur. Közərmə lampalarının işıq texnikası xarakteristikaları közərmə temperaturu ilə sıx bağlıdır. Közərmə telinin işçi temperaturu təkcə volframın ərimə temperaturu ilə məhdudlaşdırılmır. Bu, eləcə də volframın intensiv tozlandırılması ilə bağlıdır. Buxarlanma nəticəsində volfram telinin en kəsikyi azalır, buxarlanmış volfram isə lampanın kolbasına çökərək, onun şəffaflığını azaldır. Volframın tozlandırılmasını azaltmaq uçun közərmə telinin xüsusi konstruksiyası nəzərdə tutulmuşdur. Bundan başqa kolbanı təsirsiz qazlarla (arqon, kripton) doldururlar. Közərmə telinin spiral formasında hazırlanması volframın tozlandırılmasını azaldır. Buna görə lampaların közərmə teli spirallı, bispirallı və üçspirallı hazırlanır. Volframın tozlandırılmasının mənfi təsirini xeyli azaltmaq üçün kolbanın daxilinə dozalaşdırılmış miqdarda yod əlavə edirlər. Bu lampalar haloid adlanır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin