4// Elementli su qızdırıcıları
Elementli ESQ-ın iş xüsusiyyətinə görə: fasiləsiz və periodik təsirli (axarlı və qeyri axarlı); konstruktiv xüsusiyyətinə görə - daşına bilən, döşəmə üstü, asma; fazaların sayına görə - bir və üç fazalı; istifadə olunan gərginliyə görə - 1000V gərginliyə qədər (bir qayda olaraq 220 və 380V) və 1000V-dan yuxarı; istifadə olunan qızdırıcı elementə görə - borulu elektrik qızdırıcı elementlə və hermetik kömür-qrafit keçirici və örtüklərlə olurlar.
Elementli elektrik su qızdırıcıları qızdırılmış suyun texnoloji və sanitar-gigiyenik təlabatların ödənilməsi üçündür. Onların əsas üstünlükləri – qızdırıcının şəbəkədən istifadə etdiyi güc, suyun xüsusi elektrik müqaviməti və praktiki temperaturundan asılı olmamasıdır. EQQ-da aralıq istilik mübadiləcisi istifadə olmamaqla içilən suyun qızdırılması mümkündür, qidalandırıcı fazanın biri olmadıqda gərginliyin asimmetriyası çox da qorxulu olmur.
ESQ-ın nöqsanları kimi sistemdə suyun olmaması zamanı qızdırıcı elementin sıradan çıxmasıdır; gücün kütlə və həcmin vahidinin nisbətinin qiyməti elektrodlu qızdırıcılara nisbətən kiçik olması; F.İ.Ə.-ın aşağı olması; temperaturun pillələrin sayı məhdud olduqda, pilləli nizamlanmasını qeyd etmək olar.
Elementli EQQ-ı nazik divarlı metallik boru 1, onun daxilində yerləşən yüksək xüsusi elektrik müqavimətinə malik olan qızdırıcı spiraldan 2 ibarətdir (şəkil 10 ). Naqil üçün nixrom və fexral materialları istifadə olurlar. EQQ-da işçi temperaturu 12500S-dən çox olan, çətin əriyən – volfram, tantal, niobium materialları və ya metal olmayan – karborund, molibden və ya qrafit materialları istifadə olunur. Qızdırıcının borusunu adətən (10 və ya 20) karbonlu poladdan və ya paslanmayan poladdan yerinə yetirirlər. Suyun qızması üçün boru qalay, nikel və ya xromla örtülmüş mis və ya bürüncdən yerinə yetirilə bilər. Spiral borudan yüksək elektrik izolyasiya xassəsinə və istiliyi yaxşı keçirən (periklaz) doldurucu 4 ilə izolə edilir. Periklaz boruya doldurulandan sonra qızdırıcıda preslənir və spiral borunun oxunda sərt fiksasiya edilir.
Spiralın 2 sonu ilə birləşən kontakt sancaq 3 bayırdan elektrik naqillərin və ya bəndlərin qoşulması üçün kontakt qayka 7 mövcuddur. Sancaq 3 borudan izolyatorlar 6 vasitəsi ilə izolə edilir, yan səthlər nəmlik mühafizəli germetiklə 5 hermetiklənir.
Borulu elektrik qızdırıcıların (BEQ) müsbət cəhətləri universallıq, etibarlıq və təhlükəsiz qulluğudur. Onları 9,8∙105 Pa təzyiqə qədər qurğularda istifadə etmək olar. BEQ-ların işçi səthi 8000S temperatura qədər ola bilər, bu da əksəriyyət kənd təsərrüfatı istilik prosesləri üçün qəbuldur.
Dostları ilə paylaş: |