Bilet 6
1//. Elektrik dövrələrinin ardıcıl, parallel və qarışıq birləşmələri
Elektrik dövrəsinə müxtəlif müqavimətə malik (R1; R2və R3) keçiricilər qoşduqda ümumi müqavimət onların öz aralarında necə birləşməsindən asılı olaraq təyin edilir.
Belə keçiricilərdən birinin başlanğıcı digərinin sonuna birləşərsə buna ardıcıl birləşmə deyilir. Ardıcıl qoşulmuş keçiricilərin cəmlənmiş müqaviməti keçiricilərin müqavimətlərinin cəmi kimi təyin olunur:
R = R1 + R2 + R3 + ..... + Rn;
Şəkil 3. Müqavimətlərin ardıcıl birləşməsi
Ümumi gərginlik ayrı - ayrılıqda keçiricilərdəki gərginliklərin cəminə bərabərdir, yəni:
U = U1 + U2 + U3 +..... + Un;
Ardıcıl qoşulmuş qapalı dövrə üçün Om qanununu aşağıdakı kimi ifadə olunur:
;
Əgər həmin R1; R2; R3 müqavimətləri şəkil 4-dəki kimi birləşərsə buna paralel birləşmə deyilir.
Dostları ilə paylaş: |