Şəkil 11. Elektrokalorifer qurğusu:
1-elektrokalorifer; 2-keçid borusu; 3-elastik keçid; 4-ventilyator; 5-elektrik mühərriki; 6-çərçivə; 7- vibroizolyator
Kənd təsərrüfatı üçün buraxılan elektrokaloriferlərin gücü 5 kVt-dan 250 kVt-a qədər, gərginliyi 380/220 V olur.
Elektrokaloriferlər şəbəkəyə termotənzimləyicilərlə birlikdə qoşulur. Əgər binada temperatur verilmiş həddə çatarsa, onda termotənzimləyici öz kontaktını açaraq maqnit işəburaxıcısı vasitəsi ilə elektrokaloriferi və yaxud müəyyən seksiyaları açır. Əgər binada temperatur lazımi səviyyədən aşağı düşürsə, onda tənzimləyici öz kontaktını bağlayaraq elektrokaloriferi yenidən işə qoşur.
Əgər elektrokalorifer hər hansı səbəbdən çox qızarsa, onda termotənzimləyici həm qızdırıcıları, həm də ventilyatoru açır.
Qızdırıcıların səthinin maksimal buraxıla bilən temperaturu 1800S-dir, qurğunun çıxışında isə havanın temperaturu 40...500S-dən çox olmamalıdır.
СФOO seriyalı EKQ-rı nisbətən aşağı temperatur ( 4...160S ) və yüksək dərəcədə ventilyasiya tələb olunan binalarda istifadə olunur. Bunun səbəbinin izahatı oxlu ventilyatorların böyük basqını yaratmasıdır. Odur ki, onları binalarda havanın paylayıcı hava borularsız bilavasitə verilmə sistemində istifadə edirlər.
Dostları ilə paylaş: |