Bilet 1 Elektrik dövrələrinin elementləri


// Elektrodlu qızdırıcılar və qazanlar



Yüklə 0,68 Mb.
səhifə36/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   32   33   34   35   36   37   38   39   ...   106
elekson

4// Elektrodlu qızdırıcılar və qazanlar

İon keçiriciliyə malik olan ikinci növ keçiriciləri elektrod üsulu ilə qızdırırlar. Bunlara su, süd, meyvə və giləmeyvə şirələri, şirəli yemlər, torpaq, beton və s. aiddir. Odur ki, kənd təsərrüfatı istehsalatında elektrodlu qızdırma suyun qızması, buxarın alınması, südün sterilizasiyası və pasterizasiyası, parnik və istilikxanalarda torpağın zərərsizləşdirilməsi, peyinin qızdırılması və zərəsizləşdirilməsi, heyvanların yemlənməsi üçün küləşin elektrokimyəvi emalı və s. istifadə olunur.

Elektrodlu qızdırıcılarda qızdırılan maddə elektrodlar arasına yerləşdirilir (şəkil 10, b). Elektrik cərəyanının bilavasitə qızdırılan maye və ya maddədən axması nəticəsində istilik ixrac olunur. Qızmanın temperaturu cərəyan şiddəti və ya qızmanın davamiyyəti ilə nizamlanır. Birbaşa qızma EQQ-ları müxtəlif su qızdırıcıları, buxar və su qazanları, sterilizatorlar, yem buxarlayıcıları və s. kimi yerinə yetirilir.

Kənd təsərrüfatında elektrik su qızdırıcıları daha geniş istifadə olunur. Onların əsas hissələri: elektrodlar yerləşən gövdə, gücü nizamlamaq üçün qurğu və soyuq mayenin verilməsi və istinin götürülməsi üçün borulardır.

Elektrod su qızdırıcılarının üstün cəhətləri işin yüksək etibarlığı; konstruksiya və idarəetmə sxeminin sadəliyi; qulluğun rahatlığı; elektrodların 7...9 il işləmə müddəti; elementli qızdırıcılara nisbətən yüksək FİƏ; başqa qızdırıcılara nisbətən kütlə və həcmin vahidinə düşən gücün böyük qiyməti. Qurğu suyun axmasından ehtiyatlanmır, ekoloji təmizdir, gücün səlist nizamlanmasına imkan yaradır, təmiri təsərrüfat şəraitində mümkündür.

Nöqsan kimi qurğunun etibarlığının və uzun müddət işinin suyun parametrlərindən asılılığı, onların gücünün əhəmiyyətli dərəcədə qızdırılan suyun temperaturundan asılılığı, suyun xüsusi elektrik müqavimətinin düşməsindən ionların miqdarının kəskin artması, elektrodların elektrokimyəvi korroziyası və suyun və onlarda əriyən duzların elektrolizi və s. olmasıdır.

Elektrodlu su qızdırıcılarının əsas tətbiq sahəsi texniki isti suyun təchizatı, bütün növ binaların, o cümlədən kənd təsərrüfatı təyinatlı, qızdırılması, istilik mübadiləsi qurğusu və ya boyler-akkumulyator vasitəsi ilə qızdırılmış içməli suyun alınmasıdır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin