Cihazın gətirilmiş nisbi xətası
burada An – cihaz şkalasının nominal qiyməti, yəni onun ölçməsinin yuxarı həddidir.
Bütün cihazlar gətirilmiş nisbi xətasına görə aşağıdakı dəqiqlik siniflərinə bölünürlər: 0,05; 0,1; 0,2; 0,5; 1,0; 1,5; 2,5; 4,0. Dəqiqlik sinfini xarakterizə edən rəqəm göstərir ki, ölçmə zamanı cihaz hansı ən böyük xətanı (şkalanın nominal qiymətindən faizlə) verə bilər.
Şərti işarələrlə cihazların şkala lövhəsində onun düzgün istismarı üçün cihaz haqda bilinməsi tələb olunan məlumatlar göstərilir ( cədvəl 1 ) .Cihazlar istifadə xassəsinə görə stasionar, daşına bilən və nəqliyyat üçün olanlara (hərəkət edən qurğular üçün) bölünürlər.
Bir sıra başqa təsnifat əlamətlərinə görə, o cümlədən, gövdənin ölçülərinə görə miniatür cihazlar, kiçik cihazlar, orta və böyük qabaritlilər fərqlənirlər.
Dostları ilə paylaş: |