Bilet 1 Elektrik dövrələrinin elementləri


// Aşağı təzyiqli boşalma lampaları



Yüklə 0,68 Mb.
səhifə40/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   36   37   38   39   40   41   42   43   ...   106
elekson

2// Aşağı təzyiqli boşalma lampaları

Aşağı təzyiqli boşalma lampası (şək 2 ) hər iki ucuna şüşə ayaqcıq 2 qaynaqlanmış silindrik şüşə kolbadır 1. Ayaqcıqda bispiral şəkildə volfram elektrod 3 quraşdırılmışdır. Elektrodun ucları kontakt çıxışları 5 olan sokola 4 çıxarılmışdır. Elektrodlar yüksək termoelektrik emissiya təmin edən oksidlə örtülmüşdür.





Şək 2. Aşağı təzyiqli boşalma lampası:

1 – kolba; 2 – şüşə ayaqcıq; 3 – elektrod; 4 – sokol; 5 – kontakt ucları
İçərisində hava çıxarıldıqdan sonra kolbanın daxilinə arqon və bir az civə əlavə edilmişdir. Arqon volfram spiralın tozlanmasının qarşısını alır.

Arqon və civə buxarı qarışığının əlavə vəzifəsi lampanın alışmasına köməklik etməkdir.

Elektrik enerjisi optik şüalanma enerjisinə civə buxarında elektrik boşalması zamanı çevrilir. Bu prosesin energetik F.İ.Ə. 65%-dən artıq ola bildiyi halda, görünən şüalanmalar 2%-dən artıq olmur. Şüalanmanın əsas payı spektrin ultrabənövşəyi sahəsində dalğa uzunluğu 253,7 və 184,9 nm monoxromatik sel kimi cəmlənir. Aşağı təzyiqdə civə buxarında elektrik boşalması – güclü bakterisid şüalanma mənbəyidir.

Lüminesent lampalarının közərmə lampaları ilə müqayisədə:



üstünlükləridaha əlverişli spektral tərkib, daha yüksək işıq qaytarma (eyni güclü lampalarda 4...6 dəfə), xeyli kiçik parlaqlıq dərəcəsi, böyük işləmə müddəti;

qüsurları - əlavə bahalı işəsalıcı-nizamlayıcı aparatlar tələb edən mürəkkəb birləşmə sxemi, iş göstəricilərinin ətraf mühitdən asılılığı, stroboskopik effektə səbəb olan işıq selinin pulsasiyası, istehsal edilən lampaların nisbətən kiçik vahid gücü, işləmə zamanı aşağı etibarlılığı.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin