Bilet 7
1// Dəyişən cərəyan dövrələrində müqavimət
Sabit və dəyişən cərəyan dövrələrində əmələ gələn təzahürləri müqaisə etdikdə, ilk növbədə elektrik cərəyanının keçmə şəraitindəki əsaslı fərqlərnəzərə çarpır.
Sabit cərəyan keçiricidən keçərkən keçiricinin materialından, onun həndəsi ölçülərindən və temperaturundan asılı olan müqavimətlə rastlaşır ki, buna da aktiv müqavimət deyilir və R – hərfi ilə işarə olunur.
Sabit cərəyan dövrəsində induktiv təzahür yalnız qoşma və açma anında meydana gəlir.
Dəyişən cərəyan keçiricidən keçərkən olan müqavimət də aktiv müqavimətdir. Yalnız, aktiv müqavimətə malik dəyişən cərəyan dövrələrinə közərmə lampalı dövrələr, qızdırıcı qurğular və s. aid edilir.
Keçiricinin dəyişən cərəyana olan müqaviməti həmişə həmin keçiricinin sabit cərəyana olan müqavimətindən böyük olur. Bu belə izah olunur ki, əgər, sabit cərəyan keçiricidən keçərkən, onun bütün en kəsik sahəsi üzrə bərabər yayılırsa, dəyişən cərəyan en kəsik sahəsi üzrə qeyri-bərabər yayılır. Keçiricinin səthində dəyişən cərəyanın sıxlığı mərkəzdəkindən daha yüksək olur. Deməli, elektrik cərəyanının hərəkət şəraiti pisləşir.
Əgər, elektrik cərəyan dövrəsinə dolaq və cərəyanın gücünü ölçən cihaz qoşsaq görərik ki, dövrədən sabit cərəyan axdıqda, cihazın əqrəbi daim eyni bir qiyməti göstərir. Həmin dövrədən dəyişən cərəyan keçdikdə isə, cihazın əqrəbi cərəyanın gücünün azaldığını qeydə alır.
Bu onunla izah olunur ki, dəyişən cərəyan keçərkən dolaq əlavə müqavimət yaradır. Dolağa dəmir nüvə daxil etsək, onda cərəyanın gücü daha çox azalar. Bütün bunlar, onu göstərir ki, dəyişən cərəyan dövrələrində aktiv müqavimətdən başqa müqavimətin daha bir növü də, yəni reaktiv müqavimət mövcuddur.
Dövrədə induktiv dolağın yaratdığı müqavimət induktiv müqavimət və ya induktivlik müqaviməti adlanır.
Əgər həmin dəyişən cərəyan dövrəsinə ardıcıl olaraq kondensator qoşsaq sabit tezlikdə elektrik cərəyanının qiyməti də dəyişməz qalar. Deməli kondensator elektrik dövrəsini qırmır (açmır). Kondensator dəyişən elektrik cərəyanı ilə gah yüklənir, gəh da boşalır. Lakin tezliyin artması ilə elektrik cərəyanının qiymətini ölçən cihaz onun azaldığını göstərir. Bu isə kondensatorun tutumu ilə dövrədə əlavə müqavimətin olduğunu sübüt edir. Bu müqaviməti tutum müqaviməti adlandırırlar və o reaktivdir.
Dostları ilə paylaş: |