Kondensatorun seçilməsi
Cədvəl 5 – də müxtəlif güclü üçfazlı elektrik mühərrikinin birfazlı rejimdə qoşulması zamanı tətbiq ediləcək kondensatorların minimal tutumu və onların iş zamanı qoşula biləcəyi göstərilmişdir.
Cədvəl 5
Birfazlı şəbəkəyə mühərrikin qoşulması zamanı
Gərginlikdən asılı olaraq minimal tutum (mkФ),
|
Mühərrikin gücü, kVt
|
0,4
|
0,6
|
0,8
|
1,1
|
1,5
|
2,2
|
220
|
40
|
60
|
80
|
100
|
150
|
230
|
380
|
24
|
36
|
48
|
66
|
90
|
130
|
Yüklənmiş halda işəsalma zamanı tutum, cədvəldə göstərilənə nisbətən 2...3 dəfə artırılmalıdır. Lakin, işəsalmadan sonra əlavə tutumlar dövrədən çıxarılmalıdır.
İşəsalma kondensatorları 200...500 kOm-luq rezistorla şuntlanmalıdır. Belə ki, işəsalmadan sonra kondensatorlarda qalan elektrik yükü rezistorlarla boşalır.
4// Elektrokalorifer qurğuları
Hava qızdırma və ventilyasiya sistemlərində havanın qızdırılması, istehsalat və məişət binalarında süni mikroiqlimin yaradılması, müxtəlif materialların qurudulması üçün elektrik kalorifer qurğuları (EKQ) geniş istifadə olunurlar.
Aqrar istehsalatın obyektlərində qızma-ventilyasiya sistemlərində СФОЦ və СФOO tipli EKQ-rı geniş istifadə olunurlar. Burada C – müqavimətlə dolayı qızdırma qurğusu; Ф – məmulatın növü – kalorifer; O – oksidləşmiş mühitdə işləməli; Ц və O – qurğu mərkəzdən qaçma və ya oxlu ventilyatorla komplektləşib.
Elektrokalorifer (şəkil 11 ) qurğusu elektrokaloriferdən 1, keçid borusundan 2, elastik keçiddən 3, elektrik mühərriki olan mərkəzdənqaçma ventilyatorundan 4, vibroizolyatordan 7, dayaqdan (çərçivə) 6 və idarəetmə stansiyasından ibarətdir.
Dostları ilə paylaş: |