Dielektrik elektrik qızma dəyişən elektrik sahəsi ilə yerinə yetirilir və yarımkeçirici xassələrə malik olan maddələrin qızması üçün istifadə olunur.
Termoelektrik qızma Peltye effektinə əsaslanır və dolayı yolla qızmadır (şəkil 9 ). Onun mahiyyəti ondan ibarətdir ki, yarımkeçirici materialların keçidindən (lehim) sabit elektrik cərəyanı axdıqda Coul-Lens istiliyinə əlavə olaraq p-elementdən n-elementi istiqamətinə düz cərəyan axımında yarımkeçirici keçiddə istilik ixracı, və əksinə, əks istiqamətdə cərəyanın axımında – istiliyin udulması (soyuma) əmələ gəlir. Beləliklə, termoelektrik batareyalarda istilik ixracında isti lehimlər, soyuq əmələ gələnlərdə soyuqla əvəzlənirlər.
xaricdə yerləşən elektrik soyuducularında istifadə olurlar.
Elektron qızmakatoddan ixrac olunan və əhəmiyyətli dərəcədə böyük gərginliklə sürətlənən, vakuumda elektron selləri ilə qızdırılan cismin bombardmanlığında istiliyin ixracına əsaslanır. Elektron qızmanın əsas texnoloji xüsusiyyəti – gücün yüksək konsentrasiyası, onun səlist nizamlanmasının imkanıdır. Nöqsan cəhəti, yüksək vakuuma təlabatı və rentgen şüalanmanın təhlükəsindən ibarətdir.
İon qızma vakuumda elektrik yükləri ilə əmələ gələn ion selinin qızdırılan cisimə istiliyin ixracına əsaslanır. İon qızma metalların emalının kimyəvi termiki prosesində istifadə olunur.