4// Səviyyə vericiləri
Səviyyə vericiləri maye və dənəvər materialların, məsələn dən, qum və sairənin səviyyəsinin nəzarəti üçün istifadə olunur.
Üzgəcli vericilər (şək. 7 , a və b) 1 üzgəc və səviyyənin qiymətini elektrik kəmiyyəti – müqavimət (şək. 7, a) və cərəyana (şək. 7, b) çevirən 2 elementdən ibarətdir.
a b c
Şəkil 7. Üzgəcli və elektrodlu səviyyə vericiləri:
a – potensiometrli; b – kontaktlı; c – elektrodlu.
Su səviyyəsinin elektrodlu vericisi (şək. 7, c) silindrik və ya yastı kondensator şəklində yerinə yetirilən iki elektroddan ibarətdir. Suyun səviyyəsi vericiyə çatdıqda elektrodların arasında suyun qaldırılmasının idarə edilməsində istifadə olunan elektrik cərəyanının axımı başlayır.
Səviyyə vericiləri vericinin ölçü orqanının konstruksiyasından asılı olaraq tutumlu və induktivli ola bilər.
Dənəvər materialların səviyyəsinin nəzarəti üçün üzgəcli vericilər dənəvər kütlənin səthində üzgəci müntəzəm qalmağa məcbur edən xüsusi vibratorlarla təchiz olunur. Dənəvər materiallar üçün həm də membranlı vericilərdən istifadə olunur (şək. 8). Bunkerin 3 dənəvər materialla 4 doldurulması və ya boşaldılması idarəedici kontakt 1 ilə əlaqəli olan membranın 2 yerdəyişməsini əmələ gətirir.
Dostları ilə paylaş: |