Bilet 1 Elektrik dövrələrinin elementləri


Şəkil 14.Transformatorun iş prinsipi



Yüklə 0,68 Mb.
səhifə103/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   98   99   100   101   102   103   104   105   106
elekson

Şəkil 14.Transformatorun iş prinsipi:

1 – maqnit seli; 2 – maqnit nüvəsi
Transformatorun nüvəsinə müxtəlif dolaq sayına malik iki makara yerləşdirilir. Bir makarada W1 sarğı digərində W2 sarğı olur.

Əgər W1 sarğılı makaraya (ilkin) U1 dəyişən gərginliyi verilərsə onda ilkin makarada I1 dəyişən cərəyanı axacaqdır. Bu dəyişən cərəyan öz növbəsində ilkin makarada maqnit seli əmələ gətirərək, onda elektrik hərəkət qüvvəsi (E.H.Q) E1 yaradır. Bu selin əsas hissəsi polad nüvədən keçir. Belə ki, poladın müqaviməti havanın müqavimətindən əhəmiyyətli dərəcədə aşağıdır.

Maqnit seli ikinci makaranın dolağı ilə kəsişərək onda dəyişən E.H.Q (E2) yaradır. Yaranmış E.H.Q-nin qiyməti cərəyanın tezliyindən, maqnit selinin kəmiyyətindən və makaralardakı sarğıların sayından asılıdır.

Praktikada cərəyan tezliyi və nüvədə maqnit seli dəyişməyən transformatorlar tətbiq edilir. Bu halda E.H.Q E1E2-nin qiyməti yalnız sarğıların sayından asılı olur. Bu asılılıq aşağıdakı nisbətlə ifadə olunur:



,

burada E1W1 – birinci dolağın E.H.Q-si və sarğılar sayıdır.

E2W2 – ikinci dolağın E.H.Q-si və sarğılar sayıdır.

E1U1 həm də E2U2 arasında fərq çox kiçik olduğu üçün asılılığı aşağıdakı kimi yazmaq olar:

,

burada k – transformasiya əmsalıdır.

Bu nisbət onu göstərir ki, birinci dolaqda sarğıların sayı ikincidən və birinci dolaqda gərginlik ikincidən neçə dəfə böyükdür.

Birinci dolağın sıxaclarına cərəyan mənbəyindən gərginlik verilir, ikinci dolağın sıxaclarına tələbedici qoşulur.

Yüksəldici transformatorun ikinci dolağında sarğıların sayı birinci dolaqdan çox və əksinə alçaldıcı transformatorda az olur.

Maqnit nüvəsi elektrotexniki poladın xüsusi növündən, qalınlığı 0,35...0,5 mm olan lövhələrdən (plastinkalardan) hazırlanır. Nüvədə yaranan burulğan cərəyanın itkilərini azaltmaq məqsədilə hər bir lövhə izoləedici lakla örtülür. Sarğılar dairəvi və ya düzbucaqlı en kəsikli, izoləedilmiş mis və ya alüminium naqillərdən hazırlanır.

Xüsusi transformator yağı ilə doldurulmuş dəmir örtüyün daxilinə dolaqlarla bərabər nüvəni yerləşdirirlər. Transformator yağını iş zamanı qızmış cərəyan keçirən hissələrin soyudulması və dolaqların sarğaclarının bir-birindən və örtükdən izolyasiya edilməsi üçün istifadə edirlər. Örtüyə qaynaq edilmiş xüsusi qabırğalar və içi boş borular qızmış yağın soyuma səthini artırır. Transformatorun qızmış hissələrini soyudaraq yağın özü qızır və genişlənir. Qızmış yağın axmaması üçün örtüyün qapağında genişləndirici adlanan xüsusi xırda çən quraşdırılır.

Yağla doldurulmayan başqa növ transformatorlar da mövcuddur. Onlarda soyudulmaya havanın təbii hərəkəti ilə nail olunur. Belə növ transformatorlara quru transformatorlar deyilir.

Çox böyük transformatorlarda yağla və xüsusi ventilyatorlar vasitəsilə məcburi soyudulma istifadə olunur.

Transformatorların dolaqlarının ucları xüsusi izoləedilmiş qurğu vasitəsi ilə (keçid izolyatorlar və ya çıxışlar) örtüyün qapağına çıxardılır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin