Bilet 1 Elektrik dövrələrinin elementləri


// Əsas işıq kəmiyyətləri və onların ölçü vahidləri



Yüklə 0,68 Mb.
səhifə98/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   94   95   96   97   98   99   100   101   ...   106
elekson

3// Əsas işıq kəmiyyətləri və onların ölçü vahidləri

Orta insan gözünün spektral həssaslığı əsas götürüldüyü effektiv kəmiyyətlər sistemi işıq kəmiyyətlər sistemi adlanır. İşıq kəmiyyətlər sistemində effektiv sel işıq seli adlanır və insan gözünə təsiri ilə qiymətləndirilən şüalanma enerjisinin gücü kimi təyin edilir.

Platin metalının bərkimə temperaturunda (20450K), sahəsi 0,5305 mm2 olan mütləq qara cisimdən saçılan işıq seli lümen adlanır və işıq selinin ölçü vahidi kimi qəbul edilmişdir.

Şüalanma dalğasının uzunluğu λ = 555 nm olduqda insan gözü ən yüksək həssaslıq nümayiş etdirir.

Tədqiqatlarla sübüt edilmişdir ki, gücü 1 Vt, dalğa uzunluğu λ=555 nm olan sadə şüalanma 680 lm işıq seli təşkil edir. Burada 680 rəqəmi şüalanma gücünün işıq ekvivalenti adlanır. Orta insan gözünün spektral həssaslığının maksimal qiyməti 680 lm/Vt-dır.

Verilən istiqamətdə işıq selinin fəza sıxlığına işıq şıddəti deyilir və işıq selinin cisim bucağına olan nisbəti ilə təyin edilir.

Mürəkkəb şüalanma üçün:

,

İşıq şiddətinin ölçü vahidi kandeladır.

Sİ sistemində əsas vahidlərdən olan kandela platinin bərkimə temperaturunda (20450K), 101325 Pa təzyiqdə sahəsi 1/600000 m2 olan mütləq qara cisimdən buraxılan işıq şiddətidir.

Praktiki olaraq bir steradian (sr) cisim bucağında bərabər paylanmış 1lm

işiq selinin fəza sıxlığı bir kandeladır.

Təpəsi r radiuslu fəzanın mərkəzində yerləşən və fəzadan S sahəsi kəsən bucağa cisim bucağı deyilir. Cisim bucağı - ilə işarə edilir.



,

S = r2 olduqda =1 steradian.

İşıq selinin işıqlandırılan sahədə sıxlığına işıqlanma deyilir və işıq selinin işıqlandırılan səthə olan nisbəti ilə təyin olunur. İşıqlanma lükslə (lk) ölçülür. Bir m2 sahədə bərabər paylanmış bir lümen işıq seli bir lüks işıqlanma yaradır (1 lk = 1 lm/m2). Ümumi halda mürəkkəb şüalanma üçün işıqlanma belə təyin olunur:



Şüalanma mənbəyini xarakterizə edən əsas kəmiyyətlərdən biri parlaqlıqdır. Verilən qiymətlərdə (Iα-işıq şüası, S-işıqlandırılan sahə) tor qişanın işıqlanması, eləcə də işıq saçan səthi müşahidə etdikdə görmə duyğusunun səviyyəsi aşağıdakı kimi təyin edilir:



,

Bu kəmiyyət parlaqlıq adlanır və verilən istiqamətdə işıq şıddətinin ona perpendikulyar olan işıq saçan səthin sahəsinin nisbəti ilə ölçülür.

Parlaqlığın ölçü vahidi kd/m2-dir.

Beləliklə, insan gözü birbaşa aralarındakı məsafəni nəzərə almayaraq müşahidə olunan obyektin parlaqlığına reaksiya verir.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin