2// Elektrik intiqalı
1.Elektrik intiqalı
Mühərrik, ötürücü mexanizm və işçi maşından ibarət olan qurğu, maşın qurğusu və ya istehsalat aqreqatı adlanır. Mühərrik mexaniki enerji mənbəyidir. Ötürmə mexanizmi (transmissiya-vallar, qasnaqlar, qayışlar, silindrik və konusvari dişli çarxlar, muftalar, ekssentriklər və s.) hərəkəti işçi maşına ötürür. Elektrik enerjisini mexaniki enerjiyə çevirməyə, çevrilmiş enerjini idarə etməyə imkan verən və elektrik mühərrikindən, ötürücü mexanizmdən və idarəetmə aparatından ibarət olan maşın qurğusu elektrik intiqalı adlanır.
Enerji mənbəyinin növündən asılı olaraq intiqallar fərqlənir: əl, at, mexaniki və elektrik.
İntiqallarda hidravlik və ya buxar turbinlərindən, külək mühərriklərindən, daxili yanma mühərriklərindən və elektrik mühərriklərindən istifadə oluna bilər.
Dostları ilə paylaş: |