Manometrik vericiləri maye və ya qazla doldurulmuş istilik qəbuledici 1, birləşdirici kapilyar boru 2 və membran 3, sifon 6 və ya yaylı boru 7 şəklində hazırlanmış ölçü elementindən olan hermetik sistem kimidir (şək. 3, a, b, c). Manometrik vericilərin doldurucusu kimi efir, azot və ya başqa qazlar istifadə olunurlar. Hərarət dəyişdikdə ölçü elementi ilə əlaqəli olan göstərici əqrəb 4 və 5 elektrik kontaktlarına təsir edir.
Termocütlər(şək. 4) iki xüsusi seçilmiş məftildən ibarət olaraq, bir ucları qalaylanır və ya qaynaqlanır, o biri ucları isə ölçü cihazına və ya qurğuya qoşulur. Qaynaq qızdırıldıqda termocütlərin azad uclarında EHQ əmələ gəlir, onun da qiyməti cütlərin qaynaq və azad uclarının hərarət fərqinə mütənasibdir. Termocütlərin hazırlanması üçün material kimi xromel-kopel, xromel-alümel, nixrom-konstantan və başqa ərinti cütləri istifadə olunur.