5// Elektrik dövrələrinin ardıcıl, parallel və qarışıq birləşmələri.
Bilet 11
1// Elektrik sayğacları
Elektrik enerjisinin miqdarını ölçmək üçün sabit cərəyan, birfazlı dəyişən cərəyan ( CO markalı ), üçfazlı aktiv enerji ( 3 və 4 naqilli – CA3 və CA4 ), üçfazlı reaktiv enerji ( 3 və 4 naqilli – CP3 və CP4 ) və xüsusi təyinatlı sayğaclar tətbiq olunur.
Sayğac iki dolağa – gərginliyə qoşulmuş ( 2 ) paralel və tələbedici tərəfindən istifadə olunan cərəyanın keçdiyi (1) ardıcıl dolağa malikdir
Sayğacların markalarındakı hərf və rəqəmlər aşağıdakıları göstərir: C – sayğac; O – birfazlı; A – aktiv enerji; P – reaktiv enerji; 3 və ya 4 – üç və ya dörd naqilli şəbəkə; У – universal; И – induksion sistem; 670, 672, 673 – sayğacın konstruktiv variantı; П – birbaşa qoşulma; T – tropik variantı.
Sayğacın şkalasında adətən onun növü, gərginlik və cərəyanın nominal kəmiyyəti, sayğacın sabiti və ya ötürmə əmsalı göstərilir. Sayğacın diskinin bir dövrü müddətində işlətdiyi elektrik enerjisinin miqdarına ω – sayğac sabiti deyilir. Ötürmə əmsalı C 1 kVt/saat enerji istifadə olunduqda diskin neçə dövr etdiyini göstərir. Burada .
Əksər hallarda 5A-lik cərəyan və 220, 380 V gərginliklər üçün birbaşa və ya cərəyan transformatorları vasitəsilə qoşulan sayğaclar buraxılır. Bundan başqa həm gərginlik və həm də cərəyan transformatorları ilə qoşulan sayğaclar da buraxılır. Yalnız birbaşa qoşulmaq üçün nəzərdə tutulmuş 10, 20, 30, 40, 75, 80 A və s. cərəyana və 220, 380 V gərginliyə hesablanmış sayğaclar da istehsal olunur.
Tələbedicinin gücünü müəyyən etmək üçün əvvəlcə diskin 1 dövrünə sərf olunan vaxt t müəyyən edilir. Daha sonra 1 saatda olan saniyələrin sayı (yəni 3600) t müddətinə bölünür və alınmış nəticə sayğacdan 1 kVt enerji axarkən diskin etdiyi dövrlər sayina (sayğacın üzərində göstərilir) bölünür:
Dostları ilə paylaş: |