Bilet 1 Elektrik dövrələrinin elementləri


// Avtomatik idarə sistemlərinin iş prinsipi



Yüklə 0,68 Mb.
səhifə62/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   58   59   60   61   62   63   64   65   ...   106
elekson

4// Avtomatik idarə sistemlərinin iş prinsipi

İnsanın iştirakı olmadan aparılan idarə, avtomatik idarə adlanır. Avtomatik idarə etmənin xüsusi halı – bu avtomatik tənzimləmədir, daha doğrusu tənzimlənən kəmiyyəti veriliş səviyyədə saxlamaqdır.

Texniki qurğu, hansının ki, köməyi ilə obyekti avtomatik idarə edirlər, idarəedici qurğu adlanır. İdarə obyektinin İO və idarəedici qurğunun İQ məcmusu avtomatik idarə sistemini təşkil edir, hansı ki, ümumi halda blok-sxem şəklində təsvir oluna bilər Kənd təsərrüfatı istehsalatının texnoloji proseslərində idarə obyektləri müxtəlif fiziki və kimyəvi kəmiyyətlərlə xarakterizə olunurlar: temperaturla, nəmliklə, səviyyə ilə, işıqlanma ilə, turşuluqla, şoranlıqla və b.

İdarə obyektinin vəziyyəti У vektoru ilə xarakterizə olunur, hansının ki, koordinatları ayrı-ayrı çıxış qiymətləridir. İdarə qurğusundan idarə obyektinə idarəedici təsir q daxil olur. İdarə obyektinə həmçinin müxtəlif cinsli həyacanlandırıcılar – idarə prosesinə maneçilik törədən maniələr V təsir edirlər. İdarəedici qurğunun girişinə X3 təsirləndiricisi verilir, hansı ki, У vektorunun tələb olunan qiyməti haqqında informasiyaya malikdir. Məsələn, qapalı torpaq tikililərində havanın və torpağın temperaturunun nizamlanması zamanı artıq təcrübədən hər bir yetişdirilən bitki növü üçün bu temperaturların optimal qiymətləri məlum olurlar.

Bir sıra avtomatik idarə sistemlərində idarəedici qurğunun girişinə, tapşırıcı təsirdən başqa, idarə obyektinə təsirlər haqqında və onun cari vəziyyəti haqqında da informasiya daxil olur. İdarəedici qurğu daxil olan bütün informasiyanı onda yerləşdirilmiş qanun üzrə emal edir və idarəedici təsiri ayırır, hansı ki, idarə obyektinə yönəldilir.

İş prosesində avtomatika qurğularının, qovşaqlarının və elementlərinin qarşılıqlı təsirini aydınlaşdırmaq üçün funksional sxemlər tətbiq olunurlar. Şəkil 14-də avtomatik idarə sisteminin funksional sxemi göstərilmişdir. Sistemin əsas hissələri verici V, gücləndirici G, hesablayıcı HQ və icra İQ qurğularıdır.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin