Bilet 1 Elektrik dövrələrinin elementləri


// Optik şüalanmanın insan və heyvanlara təsiri



Yüklə 0,68 Mb.
səhifə64/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   60   61   62   63   64   65   66   67   ...   106
elekson

2// Optik şüalanmanın insan və heyvanlara təsiri

Spektrin optik şüalanmasının hər üç diapazonu insana aktiv təsir göstərir. Təsir nəticəsi müxtəlif olmaqla şüalanmanın enerji kvantı şüalandırma dərəcəsi və təsir müddəti ilə müəyyənləşdirilir. İnsanın bədən üzvləri, eləcə də bütöv orqanizm üçün bu təsir həm müsbət, həm də mənfi ola bilər. Günəşin ultrabənövşəyi şüalanması müəyyən dozalarda müsbət nəticə verir, belə ki, onun təsiri nəticəsində bioloji aktiv maddələr əmələ gəlir (D vitamini və s.). Bu maddələr orqanizmdə yığılaraq, ona müsbət terapevtik (müalicəvi) və canlandırıcı təsir göstərir. Ultrabənövşəyi şüalanma kvantlarının udulması nəticəsində bir neçə saat keçdikdə insan dərisində eritema və piqmentləşmə yaranır. Həddindən artıq şüalandırma iltihab proseslərinin yaranmasına səbəb olur, və beləliklə səhhətə ziyan verə bilir.

Ultrabənövşəyi şüa çatışmazlığı, xüsusən qış aylarında, orqanizmin zəifləməsinə gətirir. Odur ki, belə vəziyyəti aradan qaldırmaq üçün süni ultrabənövşəyi şüalandırmadan istifadə edirlər. Qısa dalğalı ultrabənövşəyi şüalanma birinci növbədə gözün xəstələnməsinə gətirir (konyuktivit).

Görünən şüalar əsasən insan gözünə təsiri ilə bağlı öyrənilmişdir. Göz, o orqandır ki, burada görünən şüalanma enerjisi əsəb impulsları enerjisinə çevrilərək, göz əsəbləri vasitəsilə beyinə verilir. Bunun nəticəsində görmə hissiyatı yaranır ki, bu da əhatə edən kainatdan məlumat almaq üçün əsas mənbədir. Görmə hissiyatı əşyaların rəngi, parlaqlığı, ölçüləri və formaları, həm də onların hərəkəti və bir - birinə nisbətən yerləşməsi haqqda mülahizə yetirməyə imkan verir. İnsan gözü 0,1...100000 lk işıqlandırmanı aktiv qəbul edə bilir. Gözün müxtəlif səviyyəli işıqlanmaya uyğunlaşmasına adaptasiya deyilir. İnsan gözünün spektral həssaslığı hətta bir insan üçün qeyri sabitdir. Bu müşahidə olunan obyektin parlaqlığından asılıdır.

Gözün tor qişasında iki tip işığa həssas elementlər vardır. Bir tip elementlər torun işıqlanması yüksək səviyyədə olduqda işləyir, o biri-aşağı səviyyədə. Buna münasib olaraq iki spektral həssaslıq əyrisi aıd edilir – gecə və gündüz görmə.

Şüalanmanın dalğa uzunluğu λ = 555 nm olan gündüz görmənin maksimal spektral həssaslığını xarakterizə edən əyri əsas əyri hesab edilir. Gecə görmə əyrisi kiçik dalğa uzunluğu tərəfə sürüşmüşdür. Gündüz görmə işıqlanma şəraitindən gecə görmə işıqlanma şəraitinə keçdikdə göz ala-toran görmə rejimində işləyir. Belə olduqda gözün tor qişasının hər iki tip həssas elementləri işləyir. Ala-toran iş rejimi insan gözü üçün ən arzu edilməyən rejimdir.

İnfraqırmızı şüalanma yüksək keçmə qabiliyyətinə malik olmaqla, insanın daxili hüceyrələrini isidərək istilik təsiri göstərir.

Optik şüalanmanın heyvan və quşlara təsiri müxtəlif olmaqla, şüalanmanın spektral tərkibindən asılıdır. Ultrabənövşəyi şüalanma heyvanların orqanizminə güclü canlandırıcı və terapevtik təsir göstərir. UB şüalanmanın maddələr mübadiləsi, tənəffüs prosesləri, qan dövranının aktivləşməsi, qanın tərkibində hemoqlobinin artması, daxili sekresiya vəzlərinin fəaliyyətinin aktivləşməsi və heyvan orqanizminin sairə funksiyalarına təsiri müəyyənləşmişdir.



UB–A sahəsinə aid şüalanma az aktiv olmaqla bərabər, heyvan və quşların orqanizminə müəyyən müsbət təsir göstərir. UB-B sahəsinə aid şüalanma dəridə qızartılar (eritema) yaradır, antiraxit təsirə malikdir, D provitaminini aktiv təsirli D vitamininə çevirir ki, bu da yemlərin mənimsənilməsini yüksəldir, orqanizmi ümumi halda sağlamlaşdırır, cavan heyvan və quşların sağlam böyüməsinə şərait yaradır.

UB-С sahəsinə aid UB şüalanma, məlum tədqiqatlara görə, heyvan və quşlara müsbət təsir göstərə bilir və əsasən ziyanverici mikroorqanizmlərə əsasən bakterisid təsirli faktor kimi istifadə edilir.

Qeyd etmək lazımdır ki, ultrabənövşəyi şüalanmanın canlı orqanizmlərə təsir mexanizmi tam öyrənilməmişdir.

Yüksək kvant enerjisinə malik, uzunluğu 280nm-dən qısa UB şüalanma bakteriyalara təsir etdikdə onların tərkibində olan zülal maddələrini koaqulyasiyaya uğradir və bakteriyaları məhv edir. Şüalanmanın bakteriyaları öldürmək xüsusiyyətinə bakterisidlik deyilir. Uzunluğu 254nm olan şüalanmalar yüksək bakterisid effektə malikdir.

Ultrabənövşəyi şüalanmaya ayrı-ayrı bakteriyaların həssaslığı müxtəlifdir. UB şüalanmaya difterit bakteriyalarının həssaslığı kiçikdir. Koli bağırsaq bakteriyaları, stafiolokoklar, vəba bassilları və yatalaq bakteriyalarının həssaslığı isə yüksəkdir.

Görünən şüaların heyvan və quşlara təsiri onların əsas həyat funksiyalarının nizamlanmasında istifadə olunur. Görünən şüalanma endokrin vəzilərinə və mərkəzi əsəb sistemlərinə təsir edir.

Fizioloji ritmlər (törəyib artma, tük və lələk örtüyünün dəyişməsi və s.) işıq rejiminin şərtləri ilə təyin edilir. Heyvan və quşların məhsuldarlığı, başqa şərtlərlə yanaşı, işıqlandırma səviyyəsi, işıqlandırma rejimi və şüalanmanın spektral tərkibindən asılıdır. Bir qayda kimi, infraqırmızı şüalanma ilə cavan heyvan və quşların şüalandırılmasında, məqsəd heyvanlar saxlanılan zonada lazımi temperatur rejimini təmin etməkdir. İnfraqırmızı şüalanmanın heyvan orqanizminin dərinliklərinə təsiri müxtəlifdir və təsir edən şüalanmanın dalğa uzunluğunun diapozonu, eləcə də heyvan dərisinin şüalanmanı əks etdirmək və udmaq qabiliyyətindən asılıdır.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin