Ölçmə məlumatlarının siqnalını, müşahidəçinin birbaşa dərk etməsinə imkanı verən, başqa
növ məlumatlara çevirmək üçün nəzərdə tutulmuş ölçmə vasitələrinə ölçmə cihazları deyilir.
Ölçü cihazının xətası- onun göstəricisinin ölçülən kəmiyyətin əsl və ya həqiqi qiymətindən
fərqidir və yaxud ölçmə nəticəsinin ölçülən kəmiyyətin həqiqi qiymətindən Xh sapmasına
deyilir. Ölçmə xətası ∆X ilə işarə olunur.İfadə etmə xüsusiyyətindən asılı olaraq, xətalar
mütləq, nisbi və gətirmə xətalarına ayrılırlar. Ölçmə nəticəsində alınan bu qiymət kəmiyyətin
əsl qiymətindən həmişə fərqlənir. Həmin fərq ölçmə xətasıdır və müxtəlif səbəblərdən
yaranır. Ölçünün mütləq xətası onun nominal qiyməti ilə ölçünün təcəssüm etdirdiyi
kəmiyyətin əsl qiyməti arasındakı fərqə bərabərdir.Elektrik ölçmə cihazının mütləq xətası
cihazın göstərişi ilə ölçülən kəmiyyətin əsl qiyməti arasındakı fərqə bərabərdir. mütləq xətası
(girişə görə) ölçülən kəmiyyətin çeviricinin girişində dərəcələmə xarakteristikası əsasında
çıxış siqnalının əsl qiymətinə görə müəyyən olunmuş qiyməti ilə giriş kəmiyyətinin əsl
qiyməti arasındakı fərqə bərabərdir
Təsadüfi xətaların qiymətləri əvvəlcədən məlum olmur onlar çoxlu sayda dəqiqləşdirilməmiş
faktorlardan yaranır. Təsadüfi xətalar, təsadüfi təsir edən səbəblərdən asılı olan, hazırlanma
və ölçmə zamanı yaranan, mütləq qiymətlərinə və işarələrinə görə qeyri sabit olan xətalardır.
Təsadüfi xətalar emal payından, materialın mexaniki xassələrindən, kəsmə qüvvələrindən,
ölçmə qüvvələrindən, ölçmə şəraitindən və s. yarana bilər. Təsadüfi xətaların baş vermə
səbəblərindən ən başlıca
olanı insan amilidir.Ölçmə işini yerinə yetirən personalın istifadə
etdiyi ölçmə vasitəsinin dəqiqliyi tələblərinə uyğun ölçmə
lər aparmalıdir.
Sistematik xətaları müəyyənləşdirmək və aradan götürmək olar. Lakin real şəraitdə xətaların
sistematik tərkibini aradan qaldırmaq mümkün deyil. Həmişə bu xətaların aradan
qaldırılmamış müəyyən qalıqları qalır . Sərhədlərini qiymətləndirmək üçün, onları nəzərə
almaq lazımdır. Bu da ölçmənin sistematik xətası olacaqdır.
Dostları ilə paylaş: