Naminal ölçüsü 200mm olan H6 və f6 birləşməsində olan hüdud meyllərini,
araboşluqlarını,müsaidələrini təyin etmək üçün ilk öncə naminal ölçü bizə verildiyi üçün yuva
və val sistemində olan müsaidə sahələrinin yuxarı və aşağı hüdud ölçülərini cədvəldə verilmiş
ö
lçülər əsasında təyin edirik.Orada ölçülər mikrometrlə verilib,onu millimetrə çeviririk,yəni
1000-ə bölürük.
Dn=dn=200. (Dn-Yuva üçün nominal ölçüdür.dn -val üçqn npminal ölçüdür)
ES= +29 mkm= +0.029 mm (ES -Yuva sisteminin yuxarı hədd meyillənməsi)
Eİ=0. (Eİ -Yuva sisteminin aşağı hədd meyillənməsi)
es= -15 mkm= -0.015 mm. (es-val sisteminin yuxarı hədd meyillənməsi)
ei= - 44mkm= -0.044 mm (ei- val sisteminin aşağı hədd meyillənməsidir)
Həlli:
Max və min qiymətləri tapdıqdan sonra həm yuva sistemində, həm də val sistemində onlar
arasında olan müsaidəni tapırıq.
D(max)=Dn+ES=200+0.029=200.029mm
D(min)=Dn+Eİ=200+0=200mm
T(D)=D(max)-D(min)=200.029-200=0.029mm (yuvanın müsaidəsi)
Müsaidə- Ən böyük və ən kiçik hədd ölçüləri arasındakı fərqə deyilir və T ilə işarə olunur.
d(max) =d(n)+es=200+(-0.015)=199.985mm
d(min)=d(n)+ei=200+(-0.044)=199.956mm
T(d)=d(max)-d(min)=199.985-199.956mm(valın müsaidəsi)
Yuvanın və valın ölçüləri arasındakı müsbət fərqə *Ara boşluğu* deyilir S lə işarə
olunur.Araboşluğunda yuva sisteminin ölçüləri val sisteminin ölçülərindən böyük olduğuna
görə yuvanın ölçülərindən valın ölçülərini çıxırıq. Bu qayda ilə max və min qiymətləri təyin
edirik.
S(max)=D(max)-d(min)=200.029-199.956=0.073mm
S(min)=D(min)-d(max) =200-199.985=0.015mm
T∆=S(max)-S(min)=0.073-0.015=0.058mm( ara boşluğunun müsaidəsi)
Valın və yuvanın ölçüləri arasındakı müsbət fərqə *Gərilmə* deyilir.N ilə işarə olunur.Valın
müsaidə sahəsinin ölçüləri yuvanın müsaidə sahəsinin ölçülərindən böyük olarsa bu zaman
gərilmə əmələ gəlir.
N(max)=d(max)-D(min)=199.985-200=-0.015mm
N(min)=d(min)-D(max)=199.956-200.029=-0.073mm
T∆=(-0.015)-(-0.073)=0.058mm (gərilmənin müsaidəsi)
Dostları ilə paylaş: