Bilet 6
1.Ölçmə vasitələrinin xətaları
Ölçmə- obyekt və ətraf aləmdəki hadisələrin dərk edilmə alətidir. Ölçmələri aparmaq üçün
xüsusi vasitələrdən istifadə edirik.
Ölçmə vasitələrinin hazırlanması və istismarı prosesində böyük sayda müxtəlif amillərin
təsiri nəticəsində yaranan, ölçülərin nominal qiymətləri və cihazların göstərişləri onlarla
ölçülən kəmiyyətlərin həqiqi qiymətlərindən fərqlənirlər. Bu
meyletmələr ölçmə vasitələrinin
xətaları ilə xarakterizə edilir.Cihazın təkrar tətbiq edilməsində təzahür etməsi xarakterinə
görə ÖV-nin xətaları sistematik və təsadüfi qruplarına bölünür:
1.
ÖV-nin sistematik xətaları - ümumi xətaların tərkib hissəsi olub, eyni bir kəmiyyətin
dəfələrlə ölçülməsində sabit qalır yaxud qanunauyğun şəkildə dəyişir.
Sistematik xətalar
yaranma səbəbinə görə-alətə görə, təsir edən kəmiyyətlərə görə,qurğudan ,subyektiv,
metodiki olmaq üzərə 5 yerə bölünür. Göstərmə xarakterinə görə iki yerə bölünür:sabit və
dəyişən.
2.
ÖV-nin təsadüfi xətaları - eyni bir kəmiyyətin təkrar ölçülməsində
təsadüfi şəkildə dəyişən
tərkib hissəsidir.
Təsadüfi xətalar ölçmə nəticələrindən atıla bilmir, odur ki, məsələ ayrı-ayrı müşahidə
nəticələri çoxluğunun xüsusiyyətlərinin öyrənilməsi ilə idarə edilir. Ölçmə nəticələri çoxluğu
təsəvvüründə olan, ləğv edilməyən sistematik və təsadüfi xətalar statistik materialın emalı
əsasında qiymətləndirilir.
Dostları ilə paylaş: |