1. Ölçmələr obyekti olan fiziki kəmiyyətlər
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş
vahid
dir.
Keyfiyyət
özünəməxsusluğu olan hər bir
obyektə
müəyyən kəmiyyət xarakteristikaları xasdır
və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Ölçmə- xüsusi texniki
vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti,
radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət
zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Ölçmə
obyektləri- fiziki obyektlər və bizi əhatə edən aləmdəki proseslərdir. Bütün müasir fizika
maddi aləmin fundamental xüsusiyyətlərini xarakterizə edən yeddi əsas kəmiyyətə görə
qurula bilər. Bunlara aiddir : uzunluq, kütlə, zaman, cərəyan şiddəti, termodinamik
temperatur, maddə miqdarı və işıq şiddəti. Bu kəmiyyətlərin köməyi ilə bütün törəmə fiziki
kəmiyyətlərin çoxformalılığı yaradılır və fiziki obyekt və hadisələrin xüsusiyyətlərinin təsviri
təmin edilir.Fiziki - kimyəvi ölçmələr: özlülük; sıxlıq; bərk, maye və qazabənzər maddələrin
nəmlikləri; elektrokimyəvi ölçmələr.
Dostları ilə paylaş: |