Baza uzunluğunun köməyi ilə təyin olunan, səthin nisbətən kiçik addımlı nahamarlıqlarının
cəminə səthin kələ-kötürlüyü deyilir.Kəmiyyətcə kələ-kötürlük aşağıdakı parametrlər üzrə
3. İnformasiyanın alınma üsuluna görə ölçmələr
İnformasiyanın alınması üsuluna görə (ən geniş yayılmış). Belə bölgüdə əsas məqsəd,
ölçmələrin nəticələrinin təyinində yaranan, ölçmələrin xətalarının metodoloji ayrılmasının
rahat olmasıdır. Bu əlamətə görə ölçmələr bölünür.
Birbaşa, bu zaman fiziki kəmiyyətin axtarılan qiyməti bilavasitə bu kəmiyyətin ölçüsü ilə
müqayisə edilərək təyin edilir.
Birbaşa ölçmələri aşağıdakı formula ilə ifadə etmək olar:
𝑄=𝑋
burada 𝑄 - ölçülən kəmiyyətin axtarılan qiymətidir;
𝑋 - bilavasitə təcrübə məlumatlarından alınan qiymətdir.
Dolayı, bu zaman kəmiyyətin axtarılan qiyməti, məlum fiziki asılı- lıqlarla əlaqədar olan digər
fiziki kəmiyyətlərin birbaşa ölçmə nəticələri əsasında təyin edilir.
Ölçülən kəmiyyətin qiyməti aşağıdakı formula ilə təyin edilir:
𝑄 = 𝐹(𝑥1,𝑥2,...,𝑥𝑁)
burada
𝑄 - dolayısı ilə ölçülən kəmiyyətin axtarılan qiymətləri;
𝐹 - əvvəlcədən məlum, funksional asılılıqdır;
𝑥1, 𝑥2, . . . , 𝑥𝑁 - birbaşa üsulla ölçülən kəmiyyətin qiymətləridir.
Toplu, burada eyni zamanda bir neçə bircinsli kəmiyyətin ölçülməsi tənliklər sisteminin həlli
yolu ilə axtarılan kəmiyyətin təyin edilməsində yerinə yetirilir. Sistemin tənlikləri sayı
axtarılan kəmiyyətlərin sayından az olmamalıdır.
Birgə,burada qeyri-bircinsli fiziki kəmiyyətlər arasındakı asılılıq- ların təyini məqsədi ilə
keçirilən ölçmələr yerinə yetirilir.
Dostları ilə paylaş: