4) Çızgilər üzərində səthin kələ-kötürlülüyünün göstərilməsi
Səthin kələ-kötürlüyünü cizgilər üzərində QOST 2.309-79 üzrə üç nişandan biri ilə göstərilir:
-kələ-kötürlüyün yalnız hədd qiymətləri göstəriləndə və emalın növü göstərilməyəndə;
- kələ-kötürlüyün parametrlərinin qiymətlərindən əlavə emalın növü də göstəriləndə,
məsələn yonma, cilalanma, xoniqlənmə;
-səthin kələ-kötürlüyü tədarük vəziyyətində saxlandıqda və metal qatı götürülmədən
yarandıqda, məsələn tökmə, sərbəst döymə və ştamplama ilə. Kələ-kötürlüyün
parametrlərinin qiymətlərini nişanın üstündə göstərirlər:
parametri-yalnız ədədi qiyməti ilə (mkm), qalan parametrləri əvvəlcə hərfi sonra ədədi
qiyməti ilə göstərirlər.
Parametrlərin biz neçəsi göstərildikdə, yuxarıda profilin hünd-
ürlüyü, aşağıda addımın və daha aşağıda profilin nisbi dayaq uzunluğu yazılır.
Emalın növünü kələ-kötürlüyün nişanı üstündə göstərirlər.
Zərurət yaranarsa nahamarlıqların istiqamətinin şərti işarələrini cizgilər üzərində aşağıdakı
işarələrdən birini istifadə edərək göstərirlər:
||(paralel), M (ixtiyari)
|_(perpendikulyar), C (dairəyə oxşar)
×(çarpaq), R (radial)
və kələ-kötürlüyün nişanı üstündə yerləşdirilər.
Dostları ilə paylaş: |