Bilet 7.
1)Etalonlar
Etalon - təyin edilmiş qayda üzrə etalon kimi rəsmi təsdiq edilmiş, ölçüsünü yoxlama
sxeminə görə aşağı pillədə duran ölçmə vasitələrinə vermək məqsədi ilə fiziki kəmiyyət
vahidinin əks etdirilmə
sini və qorunmasını təmin edən ölçmə vasitələrinə deyilir.
Etalonların təsnifatı, təyinatı, onların yaradılması, saxlanılması və tətbiqi üçün ümumi
tələblər Dövlət Standartları ilə müəyyənləşdirilir. Etalonlar ən azı üç
qarşılıqlı əlaqəli
xassələrə malik olmalıdırlar: dəyişməzlik, əks etdirmə və tutuşdurma.
Dəyişməzlik - etalonun əks etdirdiyi vahidin ölçüsünü uzun müddətli vaxt intervalında
dəyişməz saxlama xassəsinə deyilir.
Əks etdirmə - fiziki kəmiyyət vahidinin ölçmə texnikasının mövcud inkişafı səviyyəsində ən
kiçik xəta ilə əks etdirilməsi (nə- zəri təyin etmə əsasında) imkanına deyilir.
Tutuşdurma - başqa ölçmə sistemlərinin etalonlarından yox- lama sxeminə görə aşağı
səviyyədə duran, birinci növbədə ikinci də- rəcəli etalonlarla tutuşdurulması imkanına deyilir.
Etalonların üç növü vardır:
* ilkin etalonlar bu etalonlar
ölkədə fiziki kəmiyyət vahidini ən yüksək dəqiqliklə
saxlanılmasını və əks etdirilməsini təmin edir.beynəlxalq etalonlar milli etalonlarda əks
etdirilən və saxlanılan vahidlərin ölçülərini razılaşdırmaq üçün beynəlxalq əsas kimi
götürülən beynəlxalq sazişlə qəbul edilmiş etalonlardır;
* dövlət, yaxud milli etalonlar - bunlar, dövlət üçün başlanğıc etalonu kimi rəsmi təsdiq
edilmış ilkin, yaxud xüsusi etalonlardır.ikinci dərəcəli etalonlar uyğun fiziki kəmiyyətin
vahidinin ölçüsünü birincı dərəcəli etalonla tutuşdurma yolu ilə özündə saxlayır.müqayisə
etalonu biri-biri ilə birbaşa tutuşdurulması hər hansı bir səbəb üzündən mümkün olmayan
etalonları tutuşdurmaq üçün istifadə edilir;
* işçi etalon - vahidin ölçülərini işçi ölçmə vasitələrinə ötür- mək üçün tətbiq edilir. Bunlar ən
geniş yayılmış etalonlardır.İşçi etalonlara daxil edilən ölçmə vasitələrininin sayından asılı
olaraq aşağıdakılara ayrılırlar:
* tək etalon - bu etalonun tərkibində vahidin əks etdirilməsi və yaxud saxlanılması üçün bir
ölçmə vasitəsi (ölçü, ölçü cihazı, etalon qurğu) olur;
Dostları ilə paylaş: |