Bilet 1 Metrotologiya – ölçmələr haqqında elmdir


Formanın komleks və xüsusi meylləri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə33/62
tarix02.01.2022
ölçüsü1,98 Mb.
#37574
1   ...   29   30   31   32   33   34   35   36   ...   62
Bilet 1

2.Formanın komleks və xüsusi meylləri 

 

Cizgi üzərində çevrilmiş formanın dəqiqliyini real səth formasının nominal səthin 



formasından olan meyllənməsi ilə xarakterizə edilir. Formanın meyllənməsi kompleks və 

xüsusi ola bilər. Silindrik səthlər üçün silindirlikdən meyllənmə kompleks meyllənmədir. 

Kompleks meyllənmə real səthin nöqtələrində yatan silindr qrasında ən böyük məsafə ∆-nı 

xarakterizə edir. Dairəlikdən meyllənmə en kəsik müstəvisində meyllənmələrin kompleks 

göstəricisidir. Xüsusi meyllənmələr ovallıq və təraşlanmadır.  Ovallıq- dairəlikdən 

meyllənmədir. Ovalaoxşar fiqurdan ibarət olan real profilin en kəsiyində ən böyük və ən kiçik 

diametrlər qarşılıqlı perpendikulyar iatiqamətlərdə yerləşir. Ovallıq  

∆ov=(dmax-dmin)/2 ilə təyin olunur. 

Təraşlanma- dairəlikdən meyllənmədir. En kəsiyin real profili əyrilik mərkəzləri müxtəlif 

nöqtələrdə olan qövs parçaları ilə əhatə olunmuş çoxüzlü fiqurdan ibarət olur. Xüsusi 

göstəriciləri konusaoxşarlıq, cəlləyəoxşarlıq, yəhərəoxşarlıqdır 



3.Ölçmə xətalarının təşkil ediciləri 

Xətalara istehsalatın bütün sahələrində rast gəlmək olar . Əgər fəaliyyət varsa o fəaliyyət 

mütləq xəta ilə müşahidə olunur. Xətaların növləri haqqında danışanda sistematik 

xətalar,təsadüfi xətalar,kobud yayınmalar,ölçmə şəraiti nəzərdə tutulur. Kobud xətalar 

(yanılma) operatorun səhv hərəkətləri, ölçmə vasitələrinin nasazlığı, yaxud ölçmə şəraitinin 

qəfil dəyişməsi nəticəsində yaranır. Kobud xətalar bir qayda olaraq ölçmənin nəticələrinin 

emalı zamanı xüsusi meyarların köməyi ilə aşkara çıxarılır.Kobud yayınmalar 

maşınqayırmada mümkünsüzdür.Çünki maşınqayırmada mikrometrik və monometrik ölçülər 

üzrə bu və ya digər hissələrin hazırlanması nəzərdə tutulur.  

Təsadüfi xətaların qiymətləri əvvəlcədən məlum olmur onlar çoxlu sayda dəqiqləşdirilməmiş 

faktorlardan yaranır. Təsadüfi xətalar, təsadüfi təsir edən səbəblərdən asılı olan, hazırlanma 

və ölçmə zamanı yaranan, mütləq qiymətlərinə və işarələrinə görə qeyri sabit olan xətalardır. 

Təsadüfi xətalar emal payından, materialın mexaniki xassələrindən, kəsmə qüvvələrindən, 

ölçmə qüvvələrindən, ölçmə şəraitindən və s. yarana bilər. Təsadüfi xətaların baş vermə 

səbəblərindən ən başlıcası insan amilidir.Ölçmə işini yerinə yetirən personalın istifadə etdiyi 

ölçmə vasitəsinin dəqiqliyi tələblərinə uyğun ölçməni aparmağa imkan verməsi məsələsidir. 

Sistematik xətaları müəyyənləşdirmək və aradan götürmək olar. Lakin real şəraitdə xətaların 

sistematik tərkibini aradan qaldırmaq mümkün deyil. Həmişə bu xətaların aradan 

qaldırılmamış müəyyən qalıqları qalır və sərhədlərini qiymətləndirmək üçün, onları nəzərə 

almaq lazımdır. Bu da ölçmənin sistematik xətası olacaqdır. 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin