1)Fiziki kəmiyyətlərin beynəlxalq vahidlər sistemi.
1948-ci ildə ölçü və çəkilər üzrə IX Baş Konfransa beynəlxalq əlaqələr üçün vahid praktiki
vahidlər sisteminin qəbul edilməsi təklifi daxil oldu. X Baş Konfrans (1954 il) əsas vahidlər
keyfiyyətində bu sistemi qəbul etdi: uzunluq-metr; kütlə-kiloqram; zaman-saniyə; cərəyan
şiddəti –amper; termodinamik temperatur - dərəcə, Kelvin; işıq şiddəti-kandela. Ölçü və
çəkilər üzrə Beynəlxalq Komitə yeni sistemin törəmə vahidlərinin siyahısını tərtib etdi və onu
Beynəlxalq vahidlər sistemi adlandırılmasını təklif etdi. 1960-cı ildə ölçü və çəkilən üzrə Baş
konfrans yeni sistemi yekun olaraq, azərbaycan transkripsiyası ixtisar edilmiş işarəsi “Sİ”
olan Beynəlxalq vahidlər sistemi (System İnternational) adı ilə adlandırmaqla qəbul etdi.
Bizim respublikamızda bu sistem 1961-ci ildə qəbul edilmiş və qanunvericilik hüququ SSRİ
Dövlət standartlarına verilmişdir.
1 yanvar 1982-ci il tarixdən ГОСТ 8.417-81 “ÖVTDS( Ölçmələrin vəhdətinin təminatının
dövlət sistemi
)Fiziki kəmiyyət vahidləri” qüvvəyə minmiş və buna uyğun olaraq SSRİ-də
Beynəlxalq vahidlər sisteminə-Sİ keçid həyata keçirildi.
Beynəlxalq vahidlər sistemi bir sıra üstünlüklərə malikdir:
universallığı, yəni elmin, texnikanın və iqtisadiyyatın bütün sahələrini əhatə edir,
bütün ölçmə növləri üçün vahidlərin unifikasiyası əsas və törəmə vahidlərinin tətbiqi praktiki
olaraq rahatdır. (sahə -kvadrat metr, həcm - kub metr, elektrik müqaviməti –Om və s.)
kütlə və qüvvə vahidləri aydın və dəqiq ayrılır (qüvvə-nyuton, kütlə - kiloqram);
koherentliyi, yəni hissə və misilli vahidləri arasındakı nisbətin onluq tam qüvvət üstlərinə
mütənasibdir (müsbət yaxud mənfi);
keçid əmsalları olmadan əsas vahidlərdən törəmə vahidlərinin yaradılması
(formalaşdırılması), yəni tənlikdə rəqəmsal keçid əmsalları vahidə bərabərdir.
SI əsas vahidləri. Beynəlxalq vahidlər sisteminin əsas vahidləri aşa-
ğıdakılardır.
Dostları ilə paylaş: |