Dalğaya bənzərlik və kələ-kötürlük hərəkət edən birləşmələrin texniki resursuna və hərəkət
etmələrin isə etibarlığına xeyli təsir göstərir. Hərəkət edən birləşmələrdə dalğaya bənzərliyə
və kələkötürlüyə görə kontaktın sahəsi 3..5 dəfə azalır və nəticədə kontakt nöqtələrində
xüsusi təzyiq və yağ qatı dağılır. Xüsusi təzyiqin artması nəticəsində elastik deformasiyalar
plastik deformasiyalara keçir və nahamarlıqlar aradan qaldırılır. Digər tərəfdən yağ qatının
dağılması və xüsusi təzyiqin artması ayrı-ayrı nahamarlığın tutulmasına və metal
hissəciklərin qoparılmasına gətirib çıxarır. Bu proseslər temperaturum artmasına və dirsəkli
valiçlik birləşmələrində antifriksiyon qatın əriyib ayrılmasına səbəb olur. Əgər kontaktda
olan səthlərin dağılması baş verməsədə, səthilərin sürətli yeyilməsi və araboşluğunun xeyli
böyüməsi müşahidə olunur. Bu proses nahamarlıqların hündürlüyü müəyyən stabil ölçüyə
çatana qədər davam edir. Bu kələ-kötürlüyü optimal adlandırırlar. O müəyyən hündürlük,
addım və nahamarlıqların forması ilə xarakterizə olunur. İlk kələ-kötürlük optimal kələ-
kötürlükdən nə qədər çox fərqlənərsə, az işləmə dövründə səthin yeyilməsi daha intensiv olur
və birləşmənin texniki resursu qısalır. Əyri bir kələ-kötürlüyü optimal qiymətdən fərqlənən
səthdə yeyilmənin artmasını xarakterizə edir.
Dostları ilə paylaş: