1.Beynəlxalq vahidlər sisteminin əsas vahidləri
Beynəlxalq Vahidlər sistemi 1960-ci ildə yaranmışdır. Sİ( beynelxalq vahidler sistemi)
gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş
yayılmış vahidlər sistemidir.
Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı 7 dir.
1. uzunluq vahidi- metr(m) - platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə
çəkilmiş iki cizgi arasındakı məsafədir.Metr - işığın vakuumda
(1/299792458)saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir.
2. zaman vahidi-saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun
9192631770
mislinə bərabər zamandır.
3. kütlə vahidi-kiloqram(kq) - platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli
etalonun kütləsidir.
4. maddə miqdarı-mol(mol) - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər
molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
5. temperatur vahidi-kelvin (K) -kelvin (K)-termodinamik tempera- tur vahidi kimi
suyun üçlü nöqtəsinin termodinamik temperaturunun 1/273,16 hissəsinə bərabərdir.
6. cərəyan şiddəti vahidi-amper(A) - elə cərəyanın şiddətidir ki, bu cərəyan vakuumda
bir-birindən 1m məsafədə və bir-birinə paralel yerləşmiş sonsuz uzun naqillərdən
keçdikdə onların hər bir metr uzunluqları arasında 2·10−7Nqarşılıql təsir yaransın.
7. işıq şiddəti vahidi-kandela(kd) -verilmiş istiqamətdə 540·1012 Hs tezlikli
monoxromatik şüalanma buraxan və bu istiqamətdə energetik şüalanma qüvvəsi 1/683
vatt/steradiana bərabər olan mənbənin işıq şiddətinə bərabərdir.
Dostları ilə paylaş: |