2). Hərəkət edən oturtmanın seçilməsi.
Maşın hissələrinin konstruktiv xüsusiyyətləri və hazırlanma texnologiyalarından asılı olaraq
oturtmanın hər iki sisteminin (yuva sistemi və val sistemi) tətbiqi lazımdır. Hər hansı bir
birləşmənin normal işləməsi üçün yalnız araboşluğu və gərilmələrin düzgün təyin edilməsi
əsas amil hesab edilir və oturtmaların hansı sistemdə olmasının heç bir əhəmiyyəti olmur. Bu
və ya digər sisteminin seçilməsi hissələrin hazırlanmasının qiymətini müəyyən edir. Kiçik və
orta diametrli yuvaların alınmasında zenkerləmə, burğulama və rayberləmə ən sadə və ucuz
texnologiyalar hesab edirlər. Yuvanın yararlığı tıxaclarla nəzarət olunur. Bununla yanaşı hər
bir alət yalnız bir yuvanın emalında və nəzarət olunmasında istifadə oluna bilər.
Oturtmaların
elə sistemini tətbiq etmək lazımdır ki, orda müxtəlif ölçüdə olan yuvaların sayı az olsun..
Yuva sistemi
ndə müxtəlif oturmaların təmin olunması valın ölçülərinin dəyişdirilməsi
nəticəsində əldə edilir. Lakin müxtəlif ölçülərdə vallar hazırlamaq üçün torna yaxud cilalama
dəzgahında supportun eninə verişini dəyişmək lazımdır
.Yuva sistemi əksər hallarda iqtisadi
cəhətdən əlverişli olduğu üçün geniş yayılmışdır
. Bəzi hallarda val sisteminin tətbiq olunması
məqsədə uyğundur. Onu adətən aşağıdakı hallarda istifadə edirlər:
oturtma yerləri müxaniki emala uğradılmasından təmiz çəkilmiş valların istifadəsi mümkün
olduqda
vallarda yaxud nominal ölçünün ayrı-ayrı sahələrində bir neçə hissənin müxtəlif otrutmalarını
təmin etdikdə;
birləşmədə val sistemi üzrə hazırlanmış standart düyünlər yaxud hissələr tətbiq olunduqda
(məsələn diyirlənmə yastıqlarında xarici həlqə-gövdə oturtması).
Avtotraktor sənayesində əksər hallarda yuva sistemindən istifadə edirlər.
Dostları ilə paylaş: |