Metrologiya- ( yunancadan "metro"-ölçü, "loqos"-elm sözlərindəndir) yəni ölçmələr, onların
vəhdəti və tələb olunan dəqiqliyini təmin edən üsul və vasitələr haqqında elmdir.
Bir elm və praktiki fəaliyyət sahəsi kimi metrologiya qədim zamanlardan təşəkkül tapmışdır.
Qədim Azərbaycanda ölçü sisteminin əsasını qədim Misir ölçü vahidləri təşkil edirdi. Onlar
isə öz növbəsində qədim Yunan və Romadan götürülmüşdür.Təbiidir ki, hər bir ölçü sistemi
nəinki dövrlə,hətta milli mentalitetlə əlaqədar olaraq öz xüsusiyyətləri ilə fərqləndirilir.
Vahidlərin adları və ölçüləri xüsusi qurğulara əl atmadan ölçmələri yerinə yetirmək imkanına
uyğun gəlirdi. Məsələn: Şərqi Avropada əsas uzunluq vahidi olaraq qarış və qulac istifadə
olunurdu. Qarış baş və şəhadət barmaqları arasındakı məsafədir. Sonralar isə digər ölçü arşın
meydana çıxdıqdan sonra qarış (arşının 1/16 hissəsini təşkil edir) tədricən istifadədən çıxdı.
"Qulac" ölçü vahidi Vavilanda yaranmışdır və dirsəkdən əlin orta barmağının ucuna qədər
olan məsafəyə bərabərdir.
XVIII əsrdən etibarən Rusiyada ingilis uzunluq ölçüsü olan "düym" istifadə olunmağa
başlamışdı. Bununla yanaşı ingilis "futu" da tətbiq edilirdi. Beləliklə ilk dəfə olaraq rus
uzunluq ölçüləri ingilis uzunluq ölçüləri ilə uyğunlaşdırılmışdır. Rus və ingilis
metrologiyasının,yəni avropa metrologiyasının harmonizasiyası sahəsində ilk addımlar
atılmışdır.
Müasir metrologiya üç tərkib hissəsindən ibarətdir: qanunverici metrologiya, fundamental
(elmi) və tətbiqi (təcrübi) metrologiya.
4)Hissənin hüdud ölçüləri, meyilləri
Oturtma-hissələrin birləşmə xarakteridir və alınan araboşluqları və gərilmələrin ölçüləri ilə
müəyyən edilir.
Araboşluğu S -yuvanın D və valın d ölçüləri arasındakı müsbət fərqə deyilir.
S=D-d
Birləşmədə yuvanın ölçüsü valın ölçüsündən artıq olduqda araboşluğu alınır və nəticədə
qarşılıqlı hərəkət təmin edilir.
Gərilmə N-valın d və yuvanın D ölçüləri arasındakı müsbət fərqə deyilir. N=d-D
Birləşmədə valın ölçüsü yuvanın ölçüsündən artıq olduqda gərilmə alınır. Gərilmə hissələrin
qarşılıqlı birləşmələrinin möhkəmliyini xarakterizə edir. Deyilənlərə əsasən gərilməyə mənfi
araboşluğu kimi baxmaq olar, və əksinə:
Dostları ilə paylaş: