Bilet 1 Metrotologiya – ölçmələr haqqında elmdir


). Metrologiyanın qısa inkişaf tarixi



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə18/62
tarix02.01.2022
ölçüsü1,98 Mb.
#37574
1   ...   14   15   16   17   18   19   20   21   ...   62
Bilet 1

3). Metrologiyanın qısa inkişaf tarixi 

Metrologiya- ( yunancadan "metro"-ölçü, "loqos"-elm sözlərindəndir) yəni ölçmələr, onların 

vəhdəti və tələb olunan dəqiqliyini təmin edən üsul və vasitələr haqqında elmdir. 

Bir elm və praktiki fəaliyyət sahəsi  kimi metrologiya qədim zamanlardan təşəkkül tapmışdır. 

Qədim Azərbaycanda ölçü sisteminin əsasını qədim Misir ölçü vahidləri təşkil edirdi. Onlar 

isə öz növbəsində qədim Yunan və Romadan götürülmüşdür.Təbiidir ki, hər bir ölçü sistemi 

nəinki dövrlə,hətta milli mentalitetlə əlaqədar olaraq öz xüsusiyyətləri ilə fərqləndirilir. 



Vahidlərin adları və ölçüləri xüsusi qurğulara əl atmadan ölçmələri yerinə yetirmək imkanına 

uyğun gəlirdi. Məsələn: Şərqi Avropada əsas uzunluq vahidi olaraq qarış və qulac istifadə 

olunurdu. Qarış baş və şəhadət barmaqları arasındakı məsafədir. Sonralar isə digər ölçü arşın 

meydana çıxdıqdan sonra qarış (arşının 1/16 hissəsini təşkil edir) tədricən istifadədən çıxdı. 

"Qulac" ölçü  vahidi Vavilanda yaranmışdır və dirsəkdən əlin orta barmağının ucuna qədər 

olan məsafəyə bərabərdir.  

XVIII əsrdən etibarən Rusiyada ingilis uzunluq ölçüsü olan "düym" istifadə olunmağa 

başlamışdı. Bununla yanaşı ingilis "futu" da tətbiq edilirdi. Beləliklə ilk dəfə olaraq rus 

uzunluq ölçüləri ingilis uzunluq ölçüləri ilə uyğunlaşdırılmışdır. Rus və ingilis 

metrologiyasının,yəni avropa  metrologiyasının harmonizasiyası sahəsində ilk addımlar 

atılmışdır. 

Müasir metrologiya üç tərkib hissəsindən ibarətdir: qanunverici metrologiya, fundamental 

(elmi) və tətbiqi (təcrübi) metrologiya. 

 4)Hissənin hüdud ölçüləri, meyilləri  

Oturtma-hissələrin birləşmə xarakteridir və alınan araboşluqları və gərilmələrin ölçüləri ilə 

müəyyən edilir. 

Araboşluğu S -yuvanın D  və valın d  ölçüləri arasındakı müsbət fərqə deyilir. 

   S=D-d 

Birləşmədə yuvanın ölçüsü valın ölçüsündən artıq olduqda araboşluğu alınır və nəticədə 

qarşılıqlı hərəkət təmin edilir. 

Gərilmə N-valın d  və yuvanın D ölçüləri arasındakı müsbət fərqə deyilir.                 N=d-D 

Birləşmədə valın ölçüsü yuvanın ölçüsündən artıq olduqda gərilmə alınır. Gərilmə hissələrin 

qarşılıqlı birləşmələrinin möhkəmliyini xarakterizə edir. Deyilənlərə əsasən gərilməyə mənfi 

araboşluğu kimi baxmaq olar, və əksinə: 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin