BiLİKLƏRİn təQDİm ediLMƏSİ



Yüklə 434,69 Kb.
tarix02.01.2022
ölçüsü434,69 Kb.
#45845
bilik


BİLİKLƏRİN TƏQDİM EDİLMƏSİ

Hesablayıcı texnikanın yaradılması və istifadə edilməsi ənənəvvi olaraq proqram və verilən kimi iki anlayışla bağlı olmuşdur. Həm də proqram veriləni emal etmək üçün nəzərdə tutulmuşdur. İlk vaxtlarda proqramçı proqram tərtib edir və lazımi verilənləri maşına özü daxil edirdi. Sonra böyük dəyişiklik baş verdi. Belə ki, verilənləri proqramlardan ayırdılar. Müxtəlif strukturlu (relyasiyalı, yəni cədvəlli, iyerarxik, şəbəkə) verilənlər bazaları (VB) və verilənlər bazalarını idarəetmə sistemləri (VBİS) meydana çıxdı. Verilənləri proqramlardan ayırmaq üçün proqramlaşdırma dillərində olan verilənlərin təsviri vasitələrindən istifadə edildi. FORTRAN və ALQOL kimi dillər nisbətən sadə verilən strukturlarını EHM yaddaşında təsvir etməkdən ötrü olan təsvir vasitələrinə malikdir. KOBOL, PL/1 və PASKAL dillərində daha mürəkkəb strukturların - verilənlərin iyerarxik strukturlarının təsviri üçün vasitələr vardır. PASKAL dilində, həmçinin istifadəçinin özü tərəfindən verilənlər strukturu yaratmaq üçün də vasitələr vardır. Paralel olaraq, bəlkə bir qədər gecikməklə, EHM-in xarici yaddaşında verilənlərin təsvir edilməsi sahəsində aparılan tədqiqat işləri inkişaf etdirilirdi. Burada informasiya massivi (fayl) fundamental anlayış kimi işlədilirdi. Bu anlayış, yəni, fayl sistemin işlədiyi müxtəlif . obyektlərə aid verilənlərin bütün zəruri strukturlaşdırılmış yazılarını müvafiq ad altında saxlamağa imkan verir. Bu baxımdan, fayla obyektin informasiya modeli kimi baxmaq olar. Verilənlərin EHM-in xarici yaddaşında təqdimatı aşağıdakı mərələlərdən keçmişdir: •Verilən yazılarının fayllarda formalaşdırılması üsulları, faylların işlədilməsi və onlara müraciətin təşkili istifadəçilərin konkret proqramlarında tamamilə təyin edilmişdi; •Faylların idarə edilməsi və onlara müraciətin təşkili EHM-in əməliyyat sisteminə həvalə olundu; •Verilənlər bazaları və inkişaf etmiş verilənlər bazalarını idarəetmə sistemlərinin yaradılması, tətbiqi məsələlərin həlli üçün nəzərdə tutulan böyük verilənlər bazaları ilə işləmək imkanı yarandı. Verilənlərin yaradılması, saxlanması, müraciətin təşkili həm məntiqi, həm də fiziki səviyyədə bütövlükdə hər bir proqramın tərtibçisi və istifadəçisinin işi idi. Proqramın verilənləri ilə iş və xüsusilə də onların digər proqramlarda istifadə edilməsi olduqca böyük zəhmət tələb edən, amma az səmərə verən iş idi. İkinci mərələdə EHM-in xarici yaddaşındakı verilənlərlə işi (əsasən fiziki səviyyədə) əməliyyat sistemi (ƏS) öz üzərinə götürdü. Lakin inteqrasiya edilmiş verilənlərlə iş yalnız üçüncü mərhələdə gerçəkləşə bildi. Çünki yalnız bu mərhələdə mürəkkəb strukturlu verilənlər bazalarını səmərəli təşkil etmək mümkün oldu və verilənlər bazalarını idarəetmə sistemləri çərçivəsində verilənlər üçün güclü emaledici vasitələr meydana çıxdı. Bunun nəticəsində verilənlərin tətbiqi proqramlardan asılılığı tamamilə aradan qaldırıldı və verilənləri yaradan, dəstəkləyən və istifadə edən proqramları texnoloji cəhətdən bir-birindən ayırmaq mümkün oldu. Nəticədə verilənə görə proqramı tələb etmək imkanı yarandı, halbuki əvvəllər proqrama görə verilən tələb olunurdu. Nəhayət, verilənlər bazalarını idarəetmə sistemlərinin tərkibində hər bir proqram kompleksində ayrıca aralıq riyazi təminat qatı yaradan vasitələr nəzərdə tutuldu ki, bunlar da veriləni istifadə edən tətbiqi proqramları və müvafiq proqramçıları verilən axtarışından, verilənin yerləşdirilməsindən və verilənlərin idarə edilməsi ilə bağlı olan digər əməliyyatlardan azad etdi. Yəni bu halda verilənlərin idarə edilməsi daha səmərəli təşkil edilə bildi. Sözü edən riyazi təminat qatı qismən verilənlər bazalarını idarəetmə sistemlərinin sistem proqramlarından, qismən də istifadəçinin verilənlər bazalarını idarəetmə sistemlərinə qoşduğu verilənlərin təsviri (VTD) və verilənlərin manipulyasiyası dili (VMD) vasitələrindən ibarət oldu. Bu dillər ənənəvi proqramlaşdırma dillərini verilənlərin iri qruplarını təşkiletmə vasitələri ilə tamamladılar. Bundan sonra yeni mərhələ başladı. Bu mərhələdə kollektiv istifadə edilən paylanmış verilənlər bazaları yaradıldı. Süni intellekt sistemlərinin meydana çıxması “biliklər bazası” adlanan yeni anlayış gətirdi. Ənənəvi “verilənlər və verilənlər bazası” anlayışı ilə “biliklər və biliklər bazası” anlayışını müqayisə etdikdə, xeyli oxşarlıqlar yəqin etmək mümkün olsa da, müəyyən fərqlər də görünməkdədir. Şübhəsizdir ki, verilənlər verilənlər bazalarının strukturu, predmet oblastı və onun strukturu barədə müəyyən bilikləri əks etdirir. Lakin verilənlə bilik arasında ciddi əlamət fərqləri də vardır. Bilikləri fərqləndirən əlamətlər bunlardır: •Daxili şərhedilənlik; •Strukturluluq; •Əlaqəlilik; •Aktivlik. Strukturlaşdırılmış verilənlərə diqqət yetirdikdə, biliklərə aid edilən bəzi əlamətlərin verilənlərə də xas olduğu aydın olur. Məsələn, şərhedilənlik relyasiyalı verilənlər bazalarında cədvəl sütunlarının adı münasibət atributlarıdır ki, bunların da adları sətirlərdə göstərilir. İkinci əlamət – strukturluluq – mürəkkəb obyektlərin daha sadə obyektlərə bölünməsi (dekompozisiya) və onların arasındakı əlaqələri “hissə-tam”, “sinif-altsinif”, “cins-növ” və s. münasibətləri ilə təsvir etməyə xidmət edir. Bu münasibətlərə iyerarxik və şəbəkə verilənlər bazalarında rast gəlinir. Üçüncü əlamət - əlaqəlilik – iyerarxik və şəbəkə verilənlər bazalarında praktiki olaraq rast gəlinmir. Bizim biliklərimiz yalnız strukturların məzmunu ilə əlaqəli deyildir. Onlar həm də faktlara, proseslərə, hadisələrə aid qanunauyğunluqları və səbəb-nəticə münasibətlərini əks etdirir. O ki, qaldı, dördüncü əlamətə - aktivlik – EHM istifadə edildikcə yeni biliklər yaransa da, verilənlər EHM yaddaşında passiv surətdə saxlanmaqda davam edir. İnsana dərketmə aktivliyi xasdır, yəni insan biliyyi aktivdir. Bu, biliyi veriləndən prinsipial surətdə fərqləndirir. Məsələn, bilikdə ziddiyyət aşkar edildikdə, bu, həmin ziddiyyətin aradan qaldırılması üçün səbəbə çevrilir və nəticədə yeni bilik meydana çıxır. Biliklərin natamamlığı da aktivliyi stimullaşdırır. Yəni biliklərdəki çatışmazlıqların aradan qaldırılması zərurəti aktivliyə səbəb olur. Verilənlər və verilənlərin strukturu predmet oblastının xüsusiyyətlərini heç də həmişə tam, bitkin əks etdirmir. Hal-hazırda biliklərin təqdim edilməsi üçün 4 dil (model) tətbiq edilir ki, bunlar da aşağıdakılardan ibarətdir: •Semantik şəbəkələr dili (modeli); •Freymlər sistemi; •Məntiqi dillər (modellər); •Produksion sistemlər. SEMANTİK ŞƏBƏKƏLƏR Semantik şəbəkədə təpələr anlayışları (obyektləri, hadisələri, prosesləri), qövslər anlayışlar çoxluğundakı münasibətləri göstərir. Bu səbəbdəndir ki, semantik şəbəkələrin dili relyasiya dili adlandırılır. Münasibətlər olduqca müxtəlif ola biləndir. Odur ki, semantik şəbəkələrdə əlaqəlilik əlaməti kifayət qədər təmin olunur. Ümumi halda, bu o deməkdir ki, təbii dildə yazılmış mətndəki bilikləri də semantik şəbəkədə əks etdirmək mümkündür. . Misal üçün aşağıdakı cümləni nəzərdən keçirək: “Balıqçı qayığa əyləşib, digər sahilə keçdi və oradakı balıq səbətini götürdü”.

münasibətlərin bəzilərini mətndəki kimi oxumamaq da olar. Məsələn, şəkil 1-dəki bütöv xətlərlə göstərilmiş münasibətləri qırıq xətlərlə göstərilən münasibətlərlə tamamlamaqla, yuxarıda baxdığımız mətni bu şəklə salmaq olar: “Balıqçı qayığa əyləşdi və qayıqla digər sahilə keçdi. Digər sahhildə balıq vardı. Balıq səbətdə idi. Balıqçı balıq səbətini götürdü”. Bir vacib cəhəti xüsusi olaraq qeyd etmək lazımdır: hind-Avropa dillərində aparılmış tədqiqatlar göstərmişdir ki, bu dillərdə 200-dən artıq olmayan müxtəlif, bir-birinə uyğun gəlməyən münasibətlər var ki, bunlar da baza münasibətləri olaraq müxtəlif kombinasiyalarda digər münasibətlərin yaradılmasında iştirak edirlər. Məhz bu, situasion idarəetmənin təməlini təşkil edir. Bundan əlavə, baza münasibətlərinin sonlu çoxluq təşkil etməsi ümid etməyə imkan verir ki, biliklər bazasında istənilən predmet oblastını təqdim etmək olar və hətta mətnin bilavasitə özünə əsasən semantik şəbəkəni avtomatik qaydada qurmaq olar. Semantik şəbəkələrin xüsusi halı ssenarilər və ya bircins semantik şəbəkələrdir. Bu şəbəkələrdə müxtəlif semantikalı obyektlər ciddi və ya qeyri-ciddi dərəcəli yeganə münasibətlə əlaqələndirilir. Məsələn, əgər obyektlər arasında yalnız ciddi dərəcəli izləmə münasibəti varsa, onda “fransız təqdimatı” adlanan məşhur şəbəkə qrafikindəki işlər kompleksi alınır. Aydındır ki, ssenari plan tərtibi üçün ən münasib vasitədir. Ümumi növ semantik şəbəkə timsalında verilənlər bazası ilə biliklər bazası (BB) arasındakı fərqi təyin etmək mümkündür.

Predmet oblastı öz komponentlərinin mümkün vəziyyətlərinin çoxluğudur. Ümumi anlayışlar (obyektlər) və onların arasındakı münasibətlər vasitəsilə təqdim edilən bu çoxluq intensional semantik şəbəkə şəklində olan biliklər bazası yaradır. Digər tərəfdən, situasiyadan asılı olaraq predmet oblastının komponentləri konkret qiymətlər, xassələr, xarakteristikalar nümayiş etdirə biləndir. Bütün bu konkret verilənlər predmet oblastının ekstensional semantik şəbəkəsində və ya şəbəkə strukturlu verilənlər bazasında əks etdirilir.

FREYM MODELLƏRİ (DİLLƏRİ) Semantik şəbəkələr, obyektlər və anlayışlar arasındakı münasibətləri əks etdirən vasitələrin zənginliyi ilə bağlı olaraq, geniş imkanlara malik olsalar da, bəzi nöqsanlardan da azad deyildirlər. Həddən artıq sərbəst struktur və müxtəlif təpə və əlaqə tipləri informasiya emalı prosedurlarını tamamilə cürbəcür edir ki, bu da EHM-in proqram təminatını olduqca mürəkkəbləşdirir. Bu səbəbdən semantik şəbkələrin xüsusi tipləi: sintaqmatik zəncirlər, ssenarilər, freymlər və s. meydana çıxmışdır. Freymli təqdimatın mərkəzi anlayışı “freym”dir və bu “çərçivə” anlamına gəlir. Bu, onunla bağlıdır ki, istənilən predmet, obyekt haqqında təqdimat, situasiya barədə stereotip insan təsəvvüründə həmişə müəyyən xassə və xarakteristikalarla çərçivələnir ki, bunların da hər biri müəyyən freym slotunda (Slot – yuva (yaddaş yuvası)) yerləşir. Formal olaraq freym dedikdə, adətən aşağıdakı struktur nəzərdə tutulur

f [< v1, g1 > < v2, g2 > , ....,< vk, gk > ], Burada: f — freymin adı; [< v1, g1 > cütü — i-ci slot, burada vi — slotun adı və gi — slotun qiymətidir.

Freymləri bəzən 2 qrupa bölürlər: təsviredici freymlər və roloynayan freymlər. Məsələn, təsviredici freymlərə: [[ , <şanı üzümü, 20 ton> , , ], roloynayan freymlərə isə: [, <50 ton>, , , , ] misal göstərilə bilər.



Göründüyü kimi, roloynayan freymlərdə slotların adı qismində sual sözləri, slotların qiyməti qismində isə cavablar durur. Əgər gətirdiyimiz misallarda və freym üçün verilən ümumi ifadədə slotların qiymətlərini götürüb, yalnız slot adlarını saxlasaq, müxtəlif mənbələrdə freym prototipi, sadəcə freym, inrensional freym adlandırılan konstruksiya alarıq. Konkret qiymətli slotları olan freymlər freymnümunələr və ya freym-nüsxələr adlanır. Freymlər iç-içəlik xassəlidir. Bu o deməkdir ki, əhatə edilən içəridəki slotun adı onu əhatə edən qıraqdakı slotun qiyməti kimi çıxış edə biləndir. İç-içəlik xassəsi həm də digər freymlərə iqtibas etmək imkanı yaradır. Bu, freym dilinin strukturluluq tələbini ödədiyini və biliklərin əlaqəliliyini təmin edən dil olduğunu göstərir. Həm freymin, həm də slotun ada malik olması o deməkdir ki, freymdə saxlanan biliklər iqtibas olunabiləndir və bu, biliklərin daxilən şərhedilənliyini göstərir. Bu və ya digər prosedurun icraya çağrılmas əmrlərinin slotlarda yerləşdirilməsi imkanı proqramları mövcud biliklərə əsasən aktivləşdirməyi mümkün edir. Beləliklə, freym dili biliklərin şərhedilənlik, strukturluluq, əlaqəlilik və aktivlik kimi dörd əsas əlamətini təmin edir. Fundamental elmlərdə freym dillərindən istifadə edilməsi daha ciddi anlayışlar aparatı yaratmağa və freym formalizmləri ilə adi riyazi modelləri kompleksləşdirməyə imkan verir. Təsviri elmlər üçün isə freymlər azsaylı formallaşdırma üsullarından biri olub, anlayışlar aparatı yaratmağı mümkün edir.
Yüklə 434,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin