31
Serebrozidlər ilk dəfə beyində tapılmışdır. Sinir toxumasında və dalaqda bu
lipidin miqdarı daha çoxdur.
Serebrozidlər bərk maddələrdir, suda şişərək, şəffaf həlməşik əmələ gətirir.
Benzolda və isti spirtdə həll olur. Efirdə həll olmur.
Serebrozidlər ən çox beyində, qan hüceyrələrində, həmçinin böyrəklərdə,
dalaqda və s. olur. Patoloji hallarda qaraciyərdə, dalaqda, limfa düyünlərində
kerazinin miqdarı kəskin çoxalır.
Sulfatidlər və ya sulfolipidlər kükürdlü serobrozidlərdir. Bunlarda
qalaktozanın birli spirt qrupu ilə efir tipində birləşmiş sulfat turşusunun qalığı da
vardır. Onların quruluşu aşağıdakı kimidir:
İnsan dalağında molekulunda qalaktozanın əvəzinə qlükoza daxil olan
serebrozidlər tapılmışdır.
Dostları ilə paylaş: