Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə30/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Nuklein turşuları (NT).- mononukleotidlərin müxtəlif sayda (minlərlə) bir-
birilə efir tipli rabitə ilə birləşərək oliqonukleotid və polinukleotid zəncirindən 
ibarət yüksəkmolekullu biopolimerlərdir. Poliribonukleotidlərin (RNT) tərkibində

║ 
N=C─NH
2
OH─P─OH 
│ │ │ 
HC C─N H OH O H 
║ ║
CH
│ │ │ │ 
N─C─N ─── C─C──C─C─CH
2
OH 
│ │ 
H H 

Adenil turşusu (Adenozin-3-fosfat) 
downloaded from KitabYurdu.org


54 
purin nukleotidlərindən adenil və quanil turşuları, pirimidin nukleotidlərindən 
sitidil və uridil turşuları olur. Polidezoksiribonukleotidlərin (DNT) tərkibində isə 
dezoksiadenil, dezoksiquanil, dezoksitidil və timidil turşuları mövcuddur. RNT-in 
əmələ gəlməsində pentozalardan riboza, DNT-də isə dezoksiriboza iştirak edir.
RNT- molekulunda 60-dan 6 minə qədər nukleotid qalığından, DNT mole-
kulları isə 20-25 min və daha çox (10 mln-a qədər) nukleotiddən əmələ gəlir. Dörd 
xromosomu olan DNT molekul kütləsi 11,3∙10
10 
Da-dur. Belə DNT molekulunun 
uzunluğu 2,1 sm-ə çatır. Bu DNT molekulunda 62 mln nukleotid cütü mövcuddur.
İnsanların somatik hüceyrələrinin nüvəsində 23 cüt xromosom yerləşir. Hər 
bir hüceyrədə bir molekul DNT olur. İnsanın bir hüceyrə toxumasında 46 molekul 
DNT olur. İnsanın bir hüceyrə toxumasında olan 46 molekul DNT-in uzunluğu 2 
metrə çatır. Onda olan nukleotid cütlərinin sayı 3,2 mlrd. Son zamanlar DNT-in 
yeni A, B, C, D, Z formaları müəyyən edilmişdir. A-formada polinukleotid 
zəncirində azot əsasları aralı, B- formada isə yaxın yerləşir. O. biri C, D, Z forma-
larında isə qarışıq halda yerləşirlər.
Nuklein turşularının molekullarında nukleotidlərin yerləşmə ardıcıllığına, 
onların birincili quruluşu deyilir. 
Nuklein turşusu molekullarını təşkil edən monomerlərin (nukleotidlərin) 
fəzada tutduğu mövqe (fəza konfiqursiyası) onların ikincili quruluşu adlanır.
RNT-in 4 növü məlumdur. Bunlar miqdarına, tərkiblərinə, xassələrinə və 
funksiyalarına görə bir-birindən fərqlənirlər.
1) Ribosom-rRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 80-85%-ni təşkil 
edir. Onun molekul kütləsi 1,7 mln Da şatır. 3-6 min nukleotiddən əmələ gəlir. 
Onların 80-84%-i spirallaşmış haldadır. Sadə zülallarla birləşərək ribonukleo-
proteid hissəcikləri yəni ribosomları əmələ gətirir. rRNT-in funksiyası tam 
aydınlaşdırılmamışdır. 
2) Nəqliyyat-nRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 15% - ə qədəri-
ni təşkil edir. Onların molekul kütləsi 35000 Da çatır 60-90 mononukleotiddən 
təşkil olunmuşdur. nRNT-in funksyası hüceyrədə aminturşularını zülalların sintez 
olunduğu yerə-ribosoma daşımaqdan ibarətdir. nRNT hüceyrədə həll olmuş 
haldadır. Onun molekulunda minor aminturşularının sayı digər RNT-dən artıqdır. 
3) Məlumat-mRNT hüceyrədə olan bütün RNT - kütləsinin 5% - ə qədərini 
təşkil edir. Onun molekul kütləsi 300 min-dən 4 mln Daltona çatır. mRNT-sı 
hüceyrə nüvəsində DNT-ın iştirakı ilə sintez olunur. mRNT-sı funksiyası sintez 
olunacaq zülal molekulunun quruluşu haqqında olan məlumatı hüceyrənin 
nüvəsindən ribosoma aparmaqdır. Orqanizmdə saysız hesabsız zülal molekulu 
sintez olunur. Bunların hər birinin sintezi spesifik mRNT-sı vasitəsilə idarə edilir. 
4) Virus - vRNT-sı virusların və faqların tərkib hissəsidir. Onlar virusun 
(hüceyrə sahibinin) çoxalmasında informasiya rolu-nu oynayır. Molekul kütləsi 2 –
downloaded from KitabYurdu.org


55 
15 mln Dalton arası dəyişir. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin