58
6. Nukleoproteidlər: Nuklein turşuları sərbəst halda yaşamırlar (n RNT-dən
başqa) in vivo, onlar əsasi xassəli (protaminlər, histonlar) zülallarla əlaqəli şəkildə
fəaliyyət göstərirlər. İki tipdə nuklein turşuları (DNT və RNT)
olduğu kimi,
bunlara müvafiq nüvənin tərkibində dezoksiribonukleoproteinlər (DRNP) və
ribosomların tərkibində ribonukleoproteinlər (RNP) olur.
RNP və DRNP-lər
mürəkkəb aqreqatlardır. Onlar 1-2 molekul NT-dən və
çoxlu sayda ona birləşmiş
zülal substratlardan əmələ gəlmişdir.
RNP-ən klassik nümunəsi tütün mozaikasının virusudur. Bu virusun molekul
kütləsi 2,1∙10
6
Da-dır və 2200 zülal substratından ibarətdir. Nukleoproteidlərdə NT
və zülal molekulu bir-birini tənzimləyirlər.
Bu da hər iki komponentin
denaturasiyaya qarşı davamlılığını artırır. RNP-hissəcikləri (ribosomlar) zülalların
biosintezində, DRNP-hissəcikləri (nukleosom nüvələri) xromosomların
hüceyrə
aparatının formalaşmasında və funksyalaşmasında əsas rol oynayır.
ƏDƏBİYYAT
1. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987.
Maarif.
2. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M.
Bioloji kimya. Bakı 1989.
3. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир,
2000.
4. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. -
Москва. Медицина. 2003.
5. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия
2008.
6. Yusifov N. M., Daşdəmirov K. Ş. Biokimyadan xülasə. – Gəncə.
Araz, 2010.
downloaded from KitabYurdu.org