62
Piruvatkarboksilazanın (piroüzüm turşusunu oksalatsirkə turşusuna çevirir)
kofermenti biotindir.
Kofermentə apofermentlə birlikdə
xloferment (yunanca tam deməkdir)
deyilir.
Birkomponentli fermentlərə hidrolazaları, ikikomponentli
fermentlərə isə
oksidoreduktazaları misal göstərmək olar.
Hazırda müəyyən edilmişdir ki, eyni təsirə malik olub, fiziki-kimyəvi və
qeyri xassələri ilə (elrktroforetik hərəkətliyinə, kinetik xassələrinə, inqibitorlara,
aktivatorlara münasibətinə, aminturşu tərkibinə və s. görə) fərqlənən fermentlər də
vardır. Bunlara
izofermentlər (izoenzimlər) və ya
izozimlər də deyilir.
İzofermentlər ayrı-ayrı fermentlərin formalarıdır.
Müxtəlif bioloji
materiyallarda 50-yə yaxın fermentin izozimləri müəyyən edilmişdir. Bunlardan
laktatdehidrogenazanı, fosfatazanı, esterazanı, aminotransferazanı, leysinamino-
peptidazanı və s. göstərmək olar. Laktatdehidrogenazanın 5─forması, izofermenti
(LD
1─5
) bəllidir. Bunların hamısının molekul kütləsi 134000-ə yaxındır.
Tərkiblərində hər birinin molekul kütləsi 33500 olan dörd polipeptid zənciri
(subvahid) vardır. Bu polipeptid zəncirləri iki tipdə olur. Onlardan biri M (ingilis
dilində əzələ deməkdir), digəri H (ingiscə ürəkdə sözündəndir) zənciri adlanır. Bu
zəncirlərdən laktatdehidrogenazanın müxtəlif formaları (LD
1
; LD
2
;
LD
3
; LD
4
və
LD
5
) əmələ gəlir. Bunlardan bir 4 M (M
4
və ya LD
5
) zəncirindən, digər üç M və bir
H (M
3
H) zəncirindən, üçüncüsü iki M və H (M
2
H
2
) zəncirindən, dördüncüsü bir M
və üç H (MH
3
) zəncirindən, beşincisi isə yalnız dörd H (H
4
və ya LD
1
) zəncirindən
əmələ gəlmişdir. Bu polipeptid zəncirləri aminturşu tərkiblərinə görə fərqlənir və
təklikdə fermentativ fəallıqları yoxdur.
M
4
və M
2
H izofermentləri əsas enerji mənbəyi
qlükoliz olan toxumalarda
(ağ skelet əzələlərində, embrion tozumalarında), MH
3
və H
4
isə aerob mübadilə ilə
xarekterlənən toxumalarda çox olur.
İzofermentlər molekullarının quruluşuna və müxtəlif orqanlarda miqdarına
görə də fərqlənir. Bütün orqanlarda laktatdehidrogenazadan ən çox M
4
forması
vardır. Güman edilir ki, hüceyrələrdə nəinki izofermentlər, hətta zülallar da
müxtəlif formalarda ola bilər. Odur ki, bu məsələlərin tədqiqinin hüceyrə
diferensasiyasının və morfogenezinin molekulyar əsaslarının
öyrənilməsində də
çox böyük əhəmiyyəti vardır.
Fermentlərin bəzi növləri birlikdə kompleks əmələ gətirir,
multienzimlər
adlanır-bu növ fermentlər eyni zamanda ardıcıl bir neçə biokimyəvi reaksiyanı
kataliz edir. Ferment kompleksi adlanan üç növ fermentdən təşkil olunmuş
multifermentim molekul kütləsi 4.500.000 Daltondur, piroüzüm turşusunun
oksidləşməsini və dekarboksizləşməsinin kataliz edir.
downloaded from KitabYurdu.org
63
Son zamanların tədqiqatları göstərir ki, RNT-nin
bəzi növləri zülallarla
əlaqəli şəkildə katalitik funkisiya daşıyırlar. Bunlar
ribozimlər adlanır.
Ribozimlər-
pepdid rabitəsinin hidrolizini, sintezini, polinukleotidlərin fosfoefirləşməsini,
mononukleotidlərin polimerləşməsini sürətləndirir. Ribozimlərin katalitik aktiv-
liyə malik olan əsas 12-13 oliqonukleotid olan hissəsidir ki, bunlar
minozimlər
adlanır. Ribozimlərdə ribonukleotidlərin dezoksiribonukleotidlərlə əvəz olunması
nəticəsində hibrid quruluşlu-
nukleozimlər alınır. Nukleozimlərin aktivliyi ribozim-
lərdən üstündür.
Ribozimlərin və nukleozimlərin yeni növlərinin sintezi biokatalizatorların
evalyusiyasının başlanğıcı olacaq və gələcək nəslin sağlam inkişafını
təmin
edəcəkdir.
Dostları ilə paylaş: