Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Fermentlərin ayrılması və təmizlənməsi üsulları



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə35/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

2. Fermentlərin ayrılması və təmizlənməsi üsulları: Fermentlərin kimyəvi 
tərkibini, xassələrini, təsirini və başqa xüsüsiyyətlərini öyrənmək üçün onları insan 
və heyvan materiallarından (həzm şirələri, qan, toxumalar, orqanlar, hüceyrə ele-
mentləri və s.), bitkilərdən, mikroorqanizmlərdən ayırmaq və təmizləmək lazımdır. 
Bu məqsədlə bioloji materialdan, sudan, bufer məhlulundan, qiliserinlə suyun 
qarışığından və üzvi həlledicilərdən (aseton, etil spirti və s.), fizioloji məhluldan 
istifadə etməklə ekstraktı və ya homogenatı (homogenizatorda və ya həvəngdə 
xırdalanmış kütləsi) alınır. Homogenatı müxtəlif sürətlərdə sentrifuqa etməklə 
hüceyrənin ayrı-ayrı hissələrindən (mitoxondriyalar, ribosomlar və s.) də 
fermentləri ayırmaq olar. Bu hissələrdən fermentlər növbə ilə dondurmaq və 
donunu açmaqla, yaxud detergentlərin (çox yüksək səthi fəal maddələrin: dezoksi-
xolatın və s.) təsiri ilə çıxarılır. Hidrolazalar əsasən lizosomlarda, Krebs siklinin və 
sitoxrom sisteminin fermentləri isə mitoxondriyalarda lokalizasiya olunmuşdur. 
Bəzi fermentlər Holci aparatında, digərləri isə endoplazmatik torda yerləşir. 
Fermenləri ayırmaq üçün aseton tozlarından da istifadə olunur. Həmin 
məqsədlə yoxlanan material (qaraciyər, böyrək, ürək, dalaq, bağırsaq və s.) 
downloaded from KitabYurdu.org


61 
əzilərək, bir neçə dəfə soyudulmuş asetonla işlənir. Bu zaman yağabənzər 
maddələr və s. kənar edilir. Belə işlənmiş material qurudulduqdan sonra bircinsli 
toza çevrilir. Sonuncudan da bufer məhlulu və ya başqa həlledici ilə fermentli 
ekstrakt alınır. Ekstraktdan fermenti ayırmaq üçün zülallar aşağı teperaturda 
spirtlə, asetonla və duz məhlulları (ammonium sulfat və s.) ilə çökdürülür. 
Fermentlərin ayrılmasında adsorbisiya hadisəsindən, gelfiltirasiya, elektro-
forez və xromatoqrafiya üsullarından da istifadə olunur. 
Ayrılmış fermentlərin bircinsliyi və təmizlik dərəcəsi həll olmalarına görə, 
elektroforez, xromatoqrafiya üsulu ilə, ultrasentrifuqa etməklə və fəallıqlarının 
təyininə görə müəyyənləşdirilir.
Fermetlərin öyrənilməsində K. S. Kirxhofun böyük xidməti olmuşdur. 
O,1814-cü ildə səməni ekstraktında nişastanı maltozaya qədər parçalayan 
maddənin olduğunu müəyyən etmiş, ona amilaza adı vermişdir. 1833-cü ildə isə 
Fransa alimləri A. Payen və J.Perso arpanın cücərtilərindən amilazanı ayırmaqla 
ilk ferment preparatını əldə etmişlər. Daha sonra bu sahədə XIX əsrin ikinci 
yarısında E. Buxner, M. Manasseina, A. Lebedev və b. böyük tədqiqat işləri 
aparmışlar. Fermentlərin öyrənilməsinə dair XX əsrin birinci yarısında İ. Pavlov, 
A. Bax, C. Samner, D. Nortop, H. Eyler, V. Engelhard, Varburq və başqaları da 
çox işlər görmüşlər. Bu alimlərin işləri sayəsində fermentlərin kimyəvi tərkibinin 
və bioloji xüsusiyyətlərinin öyrənilməsində yeni dövr açıldı. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin