76
Müəyyən
olunmuşdur ki, E vitamini selenin və ubixinonun metobolizminə
təsir edir, həmçinin qocalmanı ləngidir.
E avitaminozluğu zamanı heyvanlarda balasalma əmələ gəlir. Spermatozoid-
lərin, tənasül hormonlarının əmələ gəlməsi pozulur. Erkəklərin toxumaları degeni-
rasiyalaşır.
K vitamini-
Buna a n t i h e m o r r o k i k vitamini də deyilir. Bu qanın
laxtalanmasında iştirak etdiyindən onun çatışmamazlığında qan laxtalanma qabiliy-
yətini itirir. Bədənin müxtəlif hissələrində (dəridə, qarın
boşluğunda, əzələlərdə)
qan sızmaları müşahidə edilir, qan azlığı baş verir. Bu vitamin protrombinin əmələ
gəlməsində iştirak edir, prokonvertini stabilləşdirir.
K vitamini açıq-sarı rəngli kristallik maddə olub, 52
0
C temperaturda əriyir.
Reduksiya etdikdə rəngsizləşir, oksidləşdikdə isə saralır. Bu vitamin ultrabənöv-
şəyi şüaların və qələvilərin təsirindən pozulur.
Lakin havada uzun müddət, hətta
120
0
C-yə kimi qızdırdıqda belə pozulmur.
K vitaminləri üzvi həlledicilərdə yaxşı həll olur. O bir neçə formada olur.
Onlardan K
1
və K
2
vitaminləri əsasdır. K
1
vitamini-nə α─filloxinon, K
2
vitamininə
isə farnoxinon da deyilir.
K
1
vitamininin tərkibi aşağıdakı kimidir:
Bunun kimyəvi adı 2-metil-3-fitil-1,4-naftoxinondur. Bu 1940-cı ildə
sintetik yolla da alınmışdır.
K vitamini naftaxinon qrupuna aiddir. Bunun bioloji fəallığında nüvəsi əsas
rol oynayır, yan zəncir isə az əhəmiyyətlidir.
K vitaminləri orqanizmdə parçalanaraq 2-metil-1,4-naftoinona da çevrilir ki,
bu da zəif də olsa, fəallığa malikdir. Bu, K
3
vitamini də adlanır.
K vitamininin çatışmazlığına quşlar, xüsusən cavanlar çox həssasdır. O,
bitgilərdə
ən çox qara yoncada, kələmdə, ispanaqda, yerkökündə, gicitgəndə və
qarğıdalının saçağında olur.
Təbabətdə və baytarlıqda ən çox K vitamininin
əvəzedicisi olan vikasol və
ya metilnaftoxinonun bisulfitli törəməsi işlənir.
CH
3
CH
3
CH
3
CH
3
│ │ │ │
─CH
2
─CH═C─(CH
2
)
3
─C─(CH
2
)
3
─CH─(CH
2
)
3
─CH─CH
3
O
║
CO
─CH
3
downloaded from KitabYurdu.org
77
Bu maddə suda yaxşı həll olur, toksiki təsiri azdır və bilavasitə qana yeridilə
bilər.
Vikasoldan qanaxmalarını dayandırmaq üçün də istifadə edilir.
F vitamini-
Linol, linolen və araxidon turşuları F vitamini (fat ingiliscə yağ
deməkdir) sayılır. Bunlardan ən fəalı araxidon turşusudur. Vitaminlər ən çox bitki
yağlarında (qarğıdalı, günəbaxan) olur, insan və heyvanlarda sintez olunmur. Qeyd
edilən turşular suda həll olmur, lakin üzvi həlledicilərdə yaxşı həll olur və yüksək
bioloji fəal maddələrdir. Plastik funksiya daşıyır. Bu turşuların bəzilərindən bir
qrup prostaqlandinlər əmələ gəlir.
F vitamininin çatışmazlığı siçovullarda tüklərin tökülməsinə, dermatitə, boy
inkişafının dayanmasına səbəb olur. Ağır formada insanda damarlarda skleroz,
hiperxolesterinemiya müşahidə edilir, yolxucu xəstəliklərə həssaslıq artır.
Kənd təsərrüfatı heyvanlarında F vitamininin çatışmazlığı yaxşı
öyrənilmə-
mişdir, lakin müəyyən edilmişdir ki, süd məhsuldarlığı azalır, cavanların boy inki-
şafı dayanır, nəsl vermə pozulur.
Q vitamini-
Q vitamini yaxud koferment (K
o
Q) adlanır. Ubixinon və ya
koenzim Q canlı aləmdə çox geniş yayılmış kofermentlərdən biridir. Ona canlıların
toxuma və hüceyrələrində təsadüf edilir. Koenzim
Q əksəriyyət etibarilə
hüceyrələrin mitoxondrilərində olur. O, toxuma tənəffüsü (bioloji oksidləşmə)
prosesində elektronların membran dehidrogenazalarından sitoxrom sisteminə
keçirilməsində iştirak edir. Lakin ona başqa ferment sistemlərində də (məsələn,
qaraciyərin aldehidoksidazasının tərkibində) təsadüf olunur.
Koenzim Q-nün kimyəvi quruluşunun əsasını 2,3-dimetoksi-5-metil-1,4-
benzoxinon təşkil edir. Onun yan zənciri müxtəlif miqdarda izoprenoid qalıqların-
dan ibarətdir.
Ubixinon suda həll olmayan maddədir, oksidləşmə-reduksiya
qabiliyyətinə
malikdir. Bu vitamin mitoxondriyaların daxili membranlarında elektron köçürücü
Ubixinon (koenzim Q)
O
O
CH
3
│
─(CH
2
─CH═C─CH
2
)
n
H
3
CO─
H
3
CO─
─CH
3
K
3
-Vitamini
Vikasol
CO
CO
─CH
3
─CH
3
OH SO
3
Na
C
CO
downloaded from KitabYurdu.org
78
zülalların tərkibinə daxildir. Tənəffüs prosesində flavoproteidlərdən (membran
dehidrogenazalardan) V sitoxromdakı dəmirə elektronların köçürülməsində kofer-
ment funksiyasını yerinə yetirir. Bu vitamin heyvan məhsullarında sintez olunur.
Ubixinon bitki və heyvan məhsullarında vardır. Heyvan orqanizmində ən çox
qaraciyərdə olur.
K
o
Q-əzələ distfrosiyası və ürək fəaliyyətinin çatışmazlığı hallarında da
şəfaverici təsir göstərir.
Dostları ilə paylaş: