Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə46/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

B
12 
vitamini- B
12
vitamini və ya siankobalamin porfirinə yaxın mürəkkəb 
maddə olub, tərkibində ribozanın qalığı, üzvi fosfor, sian (CN-) qrupu və metilləş-
miş benzimidazol halqası vardır. B
12
vitamininin tərkibində kobalt da olur. Onun 
tərkibi (C
63 
H
90 
N
14 
PCo
0
) və quruluşu tam öyrənilib sintez olunmuşdur. 
Gövşəyən heyvanların mədəsində saprofit halda yaşayan bəzi bakteriyalar 
B
12
vitaminini sintez edir. Belə heyvanların qidasında kifayət qədər kobalt olduqda 
onları B
12
vitamininə qarşı təlabatları bakteriyaların fəaliyyəti sayəsində ödənilir. 
Torpağında kobalt olmayan otlaq sahələrində qidalanan heyvanlarda B
12
vitamininin çatışmazlığı hallarına tez-tez təsadüf edilir. Çünki belə heyvanlar B
12
vitaminini sintez edən bakteriyaların fəaliyyəti üçün lazım gələn kobaltla təmin 
edilmir. İnsanların bağırsaqlarında B
12
vitaminini sintez edən bakteriyalara rast 
gəlinir, ancaq onlar təlabatı ödəmir.
Siankobalamin iynəvari-yaqutu-qırmızı rəngli, iysiz, dadsız kristal maddədir. 
Suda məhlulu açıq-yasəmən rəngdədir. Bu vitamin suda yaxşı həll olur, kristalları 
300
0
C-də əriyir, benzolda, efirdə, asetonda və xloroformda həll olmur. İşıqda 
fəallığını itirir, amma qaranlıqda uzun müddət qalır. Optik fəaldır. B
12
– vitami-
downloaded from KitabYurdu.org


82 
ninin bəzi törəmələri bir sıra ferment sistemlərinin fəaliyyətində koferment 
(kobamid kofermentləri) şəklində iştirak edir. 
C vitaminiC vitamini ilk dəfə İ. Drummod (1919) bitki şirəsindən almışdır. 
1923-cü ildə Sent-Dyerdi və S. Zilve C vitamini ilə güclü reduksiyaedici 
qabiliyyətinə malik olan heksuron turşularının xassələri arasında ümumi cəhətlər 
olduğunu aşkara çıxarmışdır. 1931-ci ildə N. A. Bessonov kələm şirəsində C 
vitamininin kristallik preparatını əldə etmişdir. 1933-cü ildə A. Reyx-şteyn C 
vitaminini sintetik yolla əldə etmişdir.
Aksorbin turşusundan bir molekul hidrogen çıxarıldıqda dehidroaskorbin 
turşusu alınır. Sonuncuya hidrogen birləşdikdə isə əksinə askorbin turşusuna 
çevrilir. Dehidroaskorbin turşusu diketoqulon turşusunun laktonudur. 
C vitamini suda və spirtdə yaxşı həllolan, turş dadlı, rəngsiz, davamsız 
kristal birləşmədir. 192
0
C temperaturda əriyir, oksidləşdiricilərin təsirindən tez 
pozulur, havada asan oksidləşir.
Askorbin turşusu orqanizmdə əsasən oksidləşmiş, yaxud zülallarla birləşmiş 
formada askorbigen halında olur. 
C vitamininin əsas funksiyalarından biri kallagenin sintezində iştirak 
etməsidir. Kollagendə damarların endotelisinin, birləşdirici toxumanın, qığırdaq-
ların, sümük toxumasının tərkib hissəsidir. 
Askorbin turşusu qaraciyərdə toksinləri (difteriya, vərəm, dizenteriya və s.) 
zərərsizləşdirir. Nuklein turşularının, zülalların, karbohidratların mübadilsində 
iştirak edir, bağırsaqda dəmirin sorulmasına şərait yaradır, yoluxucu xəstəliklərə 
qarşı orqanizmin müqavimətini artırır. Bu vitamin bir sıra fermentlərin: arginaza-
nın, amilazanın, katepsinlərin fəallığını yüksəldir, kortikosteroidlərin əmələ 
gəlməsində iştirak edir, piridin nukleotidlərinin (xüsusən HADF-n) sintezini artırır. 
Son zamanlar müəyyən edilmişdir ki, C vitamini bir sıra tioqlikozidlərin hidrolizini 
sürətləndirən fementlərin fəal qrupunu yaradır.
C vitamini çatışmadıqda insanda, meymunlarda sınqa və ya skorbut xəstəliyi 
baş verir. Bu xəstəlik insanlara hələ XVI əsrdə bəlli idi. Lakin səbəbini bilmirdilər. 
Xəstəlik ağız boşluğunda yaraların əmələ gəlməsi, dişlərin laxlayıb tökülməsi, 
dərialtında nöqtəvarı qan sağıntılarının olması ilə xarekterlənir. Ürək sahəsində 
ağrılar olur, tənginəfəslik müşahidə edilir. 
Kənd təsərrüfatı heyvanları karbohidratlardan C vitamini sintez etmək 
qabiliyyətinə malikdir və ona ehtiyacları postnatal dövrün ilk günlərində olur. 
C─CH
2
─O─C
6
H
7
O

NH 
downloaded from KitabYurdu.org


83 
CH
2
OH 
│ 
HO─ 
HO─ 
H
3
C─ 
H
5
C
2
─ 
CH
2
OH 
│ 

─CH
2
OH 
Etilpiridoksin 
─CH
2
OH 

Piridoksin 
C vitamini D-qlükuron turşusunun laktonundan sintez olunur. Bu prosesdə 
iştirak edən fermentlərdə (qlükuronreduktaza, qulonoksidaza və s.) müəyyən 
edilmişdir. Onlar heyvanların qaraciyərində mikrosomlarda vardır.
Kənd təsərüfatı heyvanlarının orqanizmində C vitamini ən çox böyrəküstü 
vəzlərdə, ağciyərdə, dalaqda, hipovizdə, qaraciyərdə və s. olur. C vitamini ilə süd 
zəngindir, lakin əzələlərdə azdır. Bu vitamin bitkilərin yaşıl hissəsində, 
tərəvəzlərdə də çoxdur. İtburnu meyvəsində 100-400 mq%, limonda 40-60 mq% 
askorbin turşusu vardır. Bu vitaminin miqdarı bəzi yabanı bitkilərdə də (ciriş və 
pərpətöyündə290 mq%, gicirkəndə 178 mq%) çoxdur.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin